Ali məktəblərə qəbul ixtisaslarının sayı açıqlandı

Ali məktəblərə qəbul ixtisaslarının sayı açıqlandı

2019-cu il üçün ali məktəblərin ixtisas qruplarına daxil olan ixtisasların sayı açıqlanıb.
 
Maide.Az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda öz əksini tapıb.
 
Bu il ali təhsil müəssisələrinə I qrupda 84, II qrupda 22, III qrupda 26, IV qrupda 18 və V qrupda isə 23 ixtisas üzrə qəbul aparılacaq. 
 
Qaydaya əsasən, I ixtisas qrupunda informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv edilib. III ixtisas qrupu üzrə isə İslamşünaslıq ixtisası artırılıb.
 

Google+ WhatsApp ok.ru