Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - problem

Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - problem

"Modern.az"da "Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - problem" sərlövhəli məqalə diqqəti çəkir.
 
Müəllif ali məktəbi bitirən milyonlarla gəncin dövlət işlərində sayının az olmasını sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirəyə çıxarıb.
 
Müəllif vurğiulayır ki, Azərbaycanda ən çox müşahidə edilən hallardan biri də ali məktəbi bitirən milyonlarla gəncin dövlət işlərində sayının az olmasıdır.
 
Müəllifin deməsinə görə, ətrafımızda kifayət qədər ali məktəbləri bitirib və buna görə də diplomla mükafatlanan, amma aldığı savad, biliyə görə yox, başqa işlərlə məşğul olan gəncləri çox görmək mümkündür.
 
Yazı müəllifi bu məsələnin başlıca səbəblərini araşdırmaq üçün sosioloq Əhməd Qəşəmoğlu ilə söhbətləşdiyini söyləyir.
 
Sosioloq Əhməd Qəşəmoğlu isə ali məktəblərin verdiyi diplomları "modern.az"a təhsil haqqının qəbzi kimi dəyərləndirir: "Mən ali məktəblərdəki dərs proseslərindən xəbərdaram. Tez-tez deyirəm ki, bizim ali məktəblərdə təəssüf ki, təhsil arzu olunan səviyyədə deyil, yəni ali məktəblərin bir çoxunun verdiyi diplom ali savad diplomu deyil, bu təhsil haqqı qəbzinin ödənişidir".
 
Ə.Qəşəmoğlu hesab edir ki, bunun səbəbi odur ki, abituriyentlər test üsulu ilə qəbul olurlar və bir çoxu da arzu etmədiyi ixtisası oxumalı olur.
 
Sosioloq əlavə edir ki, hətta bəzi tələbələr hətta "oxumaqla iş olmayacaq" düşüncəsinin daşıyıcısıdırlar.
 
"Digər bir səbəb odur ki, tələbələrdən soruşanda ki, yüksək balla qəbul olmusunuz universitetə, bəs niyə oxumursunuz? Onların əksəriyyəti deyir ki, oxumaqla nə olacaq ki? Yəni, tələbələrin bəziləri bu fikirdədir ki, işə düzəlmək tək oxumaqla olmur" deyə sosioloq bəzi tələbələr arasındakı ictimai ovqatın belə olduğunu iddia edir.
 
Sosioloq Ə.Qəşəmoğlu buna daha bir səbəb göstərir və deyir ki, bu da bir tərəfdən mütəxəssislərin səviyyəsinin arzu edilən səviyyədə olmaması ilə bağlıdır.
 
Ə.Qəşəmoğlu vurğulayır ki, paytaxt Bakıda xeyli iş axtaran, digər tərəfdə də bundan çox işçi axtaran var, amma biri, o birinə uyğun deyil.
 
Sosioloqa görə, işçi axtaran yüksək səviyyəli mütəxəssis axtarır ki, onun işini rahat şəkildə apara bilsin.
 
Ə.Qəşəmoğlunun deməsinə görə, dövlət strukturu elə qurulub ki, həm yüksək savad, həm də qabiliyyətli olanları işə götürür.
 
"Əlavə olaraq onu da deyim ki, tələbələrdə belə bir fikir formalaşıb ki, savad, qabiliyyət olsa belə, onlar bəzi işlərə girə bilməzlər, bu da onlarda ruh düşkünlüyü yaradır. Buna görə də gənclər universitetlərdə verilən təhsili önəmli saymırlar", - sosioloq tələbələrin bir qisminin düşüncəsində yer alan stereotipləri diqqətə çatdırır.
 

Google+ WhatsApp ok.ru