Alimlər dünyanın ən mühüm dillərini açıqlayıb

Müasir mədəniyyətlərarası əlaqələr yeddi dil- ingilis, ispan, alman, fransız, rus, portuqal və çin dilləri vasitəsilə həyata keçirlir. Bu nəticəyə Massaçuset Texnologiya İnstitutunun alimləri gəliblər.
 
Elmi işin gedişində Tvitterdə 550mln. məlumat, Vikipediyada 323 mln. düzəliş və UNESCO-nun ümüumdünya tərcümə ədəbiyyatı bazasından 2,2 milyon kitab analiz edilib. Alimlər bu məlumatları bir-biri ilə əlaqələndirərək Global Language Network qlobal dil xəritəsini təqdim ediblər. Məlum olub ki, əgər yuxarıda adıçəkilən yeddi dil yığışdırılarsa, dünyəvi əlaqələr kəsilər.
 
Qlobal dil xəritəsinin mərkəzi şəbəkəsi ingilis dili- ikinci sıra dil şəbəkəsi dilləri: ispan, alman, fransız, rus, poruqal və çin dilləri ilə əhatə olunub.
 
Ərəb və hindi dillərində, məsələn, alman və ya rus dilinə nisbətən xeyli çox adamın danışmasına baxmayaraq, onlar öz mədəni əhəmiyyətinə görə sonunculardan geridə qalır. Iş ondadır ki, ərəb və hindi dilindən çox az kitab və məqalələr tərcümə edilir, lakin ingilis, alman, ispan və rus dilləri tarixi səbəblərə görə planetin yüzlərlə kiçik dili üçün vasitəçi dil olaraq qalmaqdadır. Məsələn, sibirli evenkin fikirləri keçua hindi qəbiləsinə üç qlobal dil- rus, ingilis və ispan dili vasitəsi ilə çatır.
 
Rus dilinə gəldikdə isə burada tədqiqat müəllifləri hesab edirlər ki, SSRİ-nin böyük "xidmətləri” olub. Sovet dövründə müttəfiq respublikaların və kommunist blokuna daxil olan ölkələrin çoxlu sayda ədəbiyyatı tərcümə edilib və vyetnamlılar, taciklər və ya özbəklərin dünyanın digər xalqları ilə mədəni əlaqəsi rus dili vasitəsilə həyata keçirilib.
 
İnternetin inkişafı isə bu tendensiyanı pozub: indi bu ölkələrin sakinləri vasitəçi dil kimi daha çox ingilis dilindən istifadə edirlər.

Google+ WhatsApp ok.ru