Alimlər bədəni soyudan parça icad ediblər 30 Noyabr 2016 02:00 Maraq dünyası Stenford Universitetinin alimləri tərəfindən innovativ materialdan köynək hazırlanıb. Yeni material xarici istilik şüasını keçirmir. Ancaq eyni zamanda köynək insanın bədəni tərəfindən yaradılan istiliyin 90%-ni buraxır. “dni24.com” saytına istinadən xəbər verilir ki, belə istilik mübadiləsi sayəsində bədənin temperaturu selsi şkalası üzrə 2 dərəcə azala bilər. İnnovativ köynəyi geyinmiş insanlar isti havada, kondisionerlə təchiz edilməmiş otaqda özlərini rahat hiss edəcəklər. Bundan başqa, köynək tərin buxarlanmasına mane olmur. Mütəxəssislərin fikrincə, onların ixtirası elektrik enerjisinə qənaət etməyə kömək edəcək. Belə ki, isti iqlimə malik regionlarda kondisionerlərdən istifadə zamanı xeyli elektrik enerjisi sərf olunur. Yeni köynək kondisionerlərdən istifadəni azaldacaq. Köynəyin hazırlanmasında istifadə edilmiş material “nanoPe” adlandırılıb. Parça çoxsaylı dəliklərdən ibarət nazik plyonka formasındadır. Dəliklərin ölçüsünün qalınlığı insan saçından 100 dəfə azdır. Məhz bu dəliklərin sayəsində səmərəli istilik mübadiləsi həyata keçirilir. / Teqlər : #Alimlər bədəni soyudan parça icad ediblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Youtube Rusiyanı tərk edə bilər Bu ay Yerdə iki meteor yağışı və tam bədirlənmiş Ay müşahidə olunacaq