Alimlər cırcıramaya oxşar pultla idarə olunan dron hazırladı

Alimlər cırcıramaya oxşar pultla idarə olunan dron hazırladı

ABŞ-ın Kembric şəhərində "Draper" şirkətinin alimləri "DragonflEye" adlı mikrodronu təqdim etdi.
 
Maide.Az "ictinfo"ya istinadən bildirir ki, adıçəkilən həşəratın oxşarı olan qurğu günəş batareyalarıyla və naviqatorla təchiz edilmişdir və əlbəttə bütün bunlar çox kiçik mikroskopik ölçüdədir.
 
Mikrodronun iş prinsipi əsl cırcıramanı xatırladır və onu pultun köməyi ilə idarə etmək olar. 
 
 
"DragonflEye" konsepti bu ilin yanvar ayında təqdim edilib və ideyanın reallığa uyğunlaşdırılması üçün daha yarım il gərək olub. 
 
Drona uçuşunun marşrutunu idarə etmək siqnalların köməyi ilə mümkündür.
 
 
Hal-hazırda şirkətin mühəndisləri canlı varlıqlar üçün distans idarə etmə pultunun yaradılması imkanına baxır. /
 
 

Google+ WhatsApp ok.ru