Alimlər beyin silkələnməsini aşkar edən mobil proqram yaradıb

Alimlər beyin silkələnməsini aşkar edən mobil proqram yaradıb

ABŞ-dan olan mütəxəssislər tərəfindən yaradılmış mobil proqram insanda beyin silkələnməsini aşkar etməyə imkan verəcək. Proqnozlara görə, ən yeni diaqnostikanın dəqiqliyi 98% təşkil edə bilər.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, bir çoxlarına məlumdur ki, beyin silkələnməsinin diaqnostikası üsullarından biri göz bəbəyinin işığa olan reaksiyasının ölçülməsidir. Bu prinsip əsasında istehsalçılar aparata xüsusi işıqlandırıcı qurub.
 
Birinci mərhələdə işıqlandırıcı beyni silkələnmiş şəxsin gözünə tutulur və kamera göz bəbəyinin genişlənməsini qeydə alır. İkinci mərhələ informasiyanın emalını əhatə edir və sonda mobil proqram yekun qərar verir.
 
Bu üsul hər bir kəs üçün əlçatandır. /

Google+ WhatsApp ok.ru