Alimlər: 2050-ci ilə qədər dünyada görmə məhdudiyyətli insanların sayı 3 dəfə çoxalacaq

Alimlər: 2050-ci ilə qədər dünyada görmə məhdudiyyətli insanların sayı 3 dəfə çoxalacaq

Hazırda dünyadagörmə qabiliyyətini itirən insanların sayının 36 milyon olduğu, lakin 2050-ci ilə qədər bu rəqəmin 116 milyona çatacağı ehtimal olunur.
 
"Lancet" jurnalında dərc olunan tədqiqatın müəllifləri bu qənaətə gəlib.
 
Görmə qabiliyyətinin itməsi əsasən yaşlı insanlarda baş verir. Görmə qabiliyyətini itirən insanların ən çoxu Cənubi Asiya və subekvatorial Afrikada yayılıb.
 
Hazırda görmə problemləri olan insanların sayı azalmağa başlayıb.
 
Lakin alimlərin fikrincə, buna baxmayaraq dünya əhalisinin sayı artdığına və əhali yaşlandığına görə, görmə qabiliyyətini itirən insanların sayı davamlı olaraq artacaq.
 
188 ölkədə aparılan təhlillər onu göstərib ki, hazırda dünyada 200 milyon insan görmə qabiliyyətinin pisləşməsi ilə əlaqəli problemlərdən əziyyət çəkir.
 
2050-ci ilə qədər bu rəqəmin 550 milyona yüksələcəyi ehtimal olunur.
 
"Hətta görmə ilə bağlı əhəmiyyətsiz görünən problemlər insanın həyatına mühüm təsir göstərə bilər ", - deyə tədqiqatın müəlliflərindən biri Rupert Bourne bildirib.
 
"Bu onların müstəqilliyinin məhdudlaşdırılmasıdır. Məsələn, onlar avtomobil idarə bilmir".
 
Tədqiqat müəllifləri hökuməti göz xəstəliklərinin, məsələn, kataraktanın müalicəsinə və qarşısını almağa daha çox vəsait yatırmağa çağırıb.
 
Korluq geniş miqyasda
Cənubi Asiya - 11,7 milyon insan
Şərqi Asiya - 6,2 milyon insan
Cənub-Şərqi Asiya - 3,5 milyon insan
Subekvatorial Afrika -əhalinin 4 faizindən çoxu
Qərbi Avropa ölkələri - əhalinin 0,5 faizi
(bbc)

Google+ WhatsApp ok.ru