Alimlərdən inanılmaz ixtira: Beyini kənardan idarə etmək olacaq – VİDEO

Alimlərdən inanılmaz ixtira: Beyini kənardan idarə etmək olacaq – VİDEO

Buffalo universitetinin alimləri siçovullar üzərində maraqlı araşdırma aparıb.
 
Belə ki, fizik Arnd Prallenin rəhbərliyi altında həyata keçirilən sınaq möhtəşəm nəticə verib. Məqsəd beyni kənardan idarə etmək istəyini reallaşdırmaq idi.
 
Beləliklə öncə canlının orqanizminə xüsusi yaradılmış DNT zənciri və nanohissəciklər yeridilib. Onlar da öz növbəsində müəyyən neyronlara bağlanıb. Sonra isə canlını kənardan fasiləli maqnit sahələri hesabına idarə ediblər.
 
Siçovulun yeriməsini, bədənin müəyyən hissələrinin deaktiv edilməsini həyata keçiriblər. Bir sözlə onların bədənləri üzərində tam idarəetməyə sahib olublar. Bu elm aləmində fantastik nəticədir. (arb) /

Google+ WhatsApp ok.ru