Alimlərdən sensasiyalı kəşf: Ehramda təyyarə boyda gizli otaq tapıldı - VİDEO

Alimlərdən sensasiyalı kəşf: Ehramda təyyarə boyda gizli otaq tapıldı - VİDEO

-- Ehramda müəmmalı cazibə dalğaları aşkarlanıb

Fransa və Yaponiya arxeoloqlarından ibarət qrup Misirin paytaxtı Qahirə yaxınlığındakı Gizada yerləşən Xeops (Xufu) ehramını iki il tədqiq edəndən sonra sensasiyalı tapıntı barədə bəyanat veriblər.
 
Kosmik şüalara əsaslanan bir təsvir üsulu istifadə edən alimlər, Misirin Qahirə şəhərində böyük Giza ehtramının içində bir bölmə kəşf edib. Ehramdakı böyük boşluq və ya gizli otaq Xeops ehramındakı Böyük Qalereyanın altındadır. Onun uzunluğu 30 metr, hündürlüyü 5 metrdir.
 
E.Ə. 2551-2560-ci illərdə inşa edildiyi güman edilən ehramın içindəki "boşluq" olaraq adlandırılan şeyin yaranma məqsədi hələ bilinmir. "ScanPyramids" komandası bəşəriyyətin ən qədim tikililərindən birinə zərər vurmamaq üçün myuon tomoqrafiyası üsulundan istifadə ediblər. 
 
 
LİGO cazibə detektorları ilə çalışan alimlər tədqiqatlar zamanı əldə olunmuş eksperimental nəticələri araşdırandan sonra bildiriblər ki, ehramda müəmmalı cazibə dalğaları aşkarlanıb.
 
Parisdə yerləşən HİP institutunun prezidenti və təsisçilərindən biri olan Mehdi Tayoubi, həmkarları ilə birlikdə quruluşa hər hansı bir zərər vermədən araşdırma aparmaq istədiklərini, bunun üçün də muonları istifadə etdiklərini bildirib.
 
Mehdi Təyyubi deyir ki, həmin otağa 200 sərnişinlik təyyarəni yerləşdirmək olar.
 
Layihənin rəhbərlərindən biri, Qahirə Universitetinin professoru Ani Helalo isə hesab edir ki, aşkarlanan məkanlar adi "boşluq"lar deyil. 
 
Alimlərin dediklərinə görə, 4500 il əvvəl ehram inşa olunandan bəri həmin "gizli otaq"lara kimsənin ayağı dəyməyib.
 
İndi Xeops ehramında böyük otaqların sayı 4-dür: fironun kamerası, çariçanın kamerası, Böyük Qalereya və "gizli otaq".
 
Xeops (Xufu) ehramı Misirin ən böyük ehramlarından biridir. Bu ehramın hündürlüyüy 139 metr, ağırlığı isə 8 milyon tondan artıqdır.(faktxeber.com)

Google+ WhatsApp ok.ru