Alimlər yanğın barədə xəbərdarlıq edən divar kağızı yaradıblar

Alimlər yanğın barədə xəbərdarlıq edən divar kağızı yaradıblar

-- divar kağızlarımız möhkəm və elastikdir, onları istənilən kimi boyamaq mümkündür

Yanğın əleyhinə divar kağızları xüsusi elektrik keçiriciliyinə malik materialdan yaradılıb. Belə materialın parçasına quraşdırılmış, qrafendən hazırlanmış sensor səsli siqnalizasiyanı işə salır.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, Şanxay Keramika İnstitutunun alimləri material kimi hidroksiapatitdən istifadə ediblər. Bu maddə sümük və dişlərin əsas komponentini təşkil edir. Hidroksiapatit kifayət qədər kövrək və bərk maddədir. Lakin alimlər bu materialdan divar kağızlarının yaradılması üçün kifayət qədər elastik olan çox uzun nanoborular düzəldə biliblər.
 
“Bizim divar kağızlarımız möhkəm və elastikdir, onları istənilən kimi boyamaq mümkündür. Onlar oda, istiliyə davamlıdır və yanğın təhlükəsi barədə xəbərdarlıq edir”, – deyə tədqiqat qrupunun rəhbəri Yin Çje Çju bildirib.
 
 
 

Google+ WhatsApp ok.ru