Alimlər oruc tutmağın daha bir faydasını kəşf etdilər

Alimlər oruc tutmağın daha bir faydasını kəşf etdilər

-- ABŞ-da

ABŞ-ın  Massaçusets Texnologya Universitetinin bioloqları oruc tutmağın faydaları ilə bağlı maraqlı araşdırmaya imza atıblar.
 
Maide.az “Habertürk”ə istinadən xəbər verir ki, bioloqlar, ac qalmağın bağırsaq kök hüceyrələrinin sürətlə bərpasında təsiredici gücə malik olduğunu sübut ediblər. 
 
Araşdırma  siçanlar üzərində aparılıb. 24 saat ac saxlanan siçanlarda  kök hüceyrələrinin sürətlə bərpa olunduğu müşahidə olunub. 
 
Araşdırmaçı qrupunda yer alan türk alim Ömər Yılmaz və amerikalı Deyvid Sabatini oruc sayəsində kök hüceyrələrinin yağ turşusuna keçərək funksiyalarını sürətləndirdiyini qeyd ediblər.

Google+ WhatsApp ok.ru