Alimlərdən qeyri-adi iddia: Çox yatan daha tez öyrənir

Alimlərdən qeyri-adi iddia: Çox yatan daha tez öyrənir

Məktəb və  universitetdə dərslər yeni  başlandığına görə, tələbə-şagirdlər  uyğun rejimə alışmaqda çətinlik çəkirlər. Onların əsas çətinliyi isə yuxudur.  
 
Mütəxəssislər dərs oxuyarkən yatıb qalan şagirdlərin, sonradan mövzu və proqramı daha asan öyrəndiklərini deyiblər.
 
2017-ci ildə aparılan araşdırmaya görə, az yuxu yatan tələbələrdə alzaymerə tutulma riski daha yüksəkdir. İbidai sinif şagirdlərinin 10, V-IX sinif şagirdlərinin 9, yuxarı sinif şagirdlərinin isə 8 saat yatması mütləqdir.
 
Məlum olub ki, yuxusu normal olan insanların öyrəndikləri də uzun müddət yaddaşda qalır. Onlar öyrəndiklərini lazım olan vaxtda xatırlaya bilirlər. Əks halda isə bu informasiyalar unudulur.
 
Belçikada tələbələr arasında aparılan araşdırma zamanı məlum olub ki, az yatan gənclərdə  alzaymer riski yüksəkdir. Onlarda Tau protein və Beta amiloid hormonları çox olur və bu alzeimer riskini daha da artırır. Beləcə, öncə yalnız öyrənmə qabiliyyətini aşağı salan yuxusuzluq, sonradan yaddaşın itməsinə də səbəb olur.
 
Dərsdə mobil telefondan istifadə etmək, internetdə olmaqdansa, az müddət də olsa yuxulamaqla faydalı iş əmsalını artırmaq olar. Belə olduqda yaddaş güclənir, az təkrarla daha çox məlumat yadda qalır.
 
Ümumiyyətlə, saat 11dən sonra metalomin hormani ifraz olunur. Bu, uşaqların normal inkişafı üçün mütləqdir. Böyümək üçüb önəmli rol oynayan bu hormon sümümklərin normal inkişafına da xidmət edir. Eyni zamanda beynin sinir hüceyrələri ilə əlaqəsini təmin edir.
 
Araşdırma zanmanı aydın olub ki, uşaqların dərslə məşğul olduqdan ən azı bir saat sonra yatmaları onların qavarma qabiliyyətini mütləq artırır./AzEdu /

Google+ WhatsApp ok.ru