Alimlər xərçəngin və qocalmanın qarşısını alan maddə tapıblar 24 Oktyabr 2019 09:08 Sağlamlıq Pasteur İnstitutu”nun fransız alimləri “GDF11” zülalının qocalmağa qarşı mübarizə apardığını və bədəni xərçəngdən qoruduğunu təsbit ediblər. Onların araşdırmalarının nəticələri MedicalXpress portalında dərc olunub. Alimlər siçanlar üzərində bir neçə təcrübə aparıblar. Mütəxəssislər, “GDF11”in ürək xəstəliyi və xərçəngin qarşısının almasında təsirli olduğunu, pəhriz təsiri göstərdiyini müəyyən ediblər. Bundan əlavə, protein inyeksiyaları qoca gəmiricilərin beynindəki qan damarlarının bərpasına və neyrogenezin artmasına səbəb olub. “Bu məlumatlar “GDF11”-in piylənmə və neyrodejenerativ xəstəliklər kimi bəzi metabolik xəstəliklərin müalicəsində istifadəsi fikrini təşviq edir və dəstəkləyir”deyə, professor Pyer-Mari Ledo bildirib. /Report Teqlər : #Alimlər,#xərçəngin,#və,#qocalmanın,#qarşısını,#alan,#maddə,#tapıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tədqiqatlar məşhur müalicə üsulunun faydalarını təkzib edib Bu yağlar insanın ağlını itirməsinə səbəb olur
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir