Alimlər smartfonda gecə rejiminin təhlükələri barədə xəbərdarlıq edir

Alimlər smartfonda gecə rejiminin təhlükələri barədə xəbərdarlıq edir

Mançester Universitetinin alimlərinin araşdırmalarına görə, smartfonlardakı gecə rejimi mavi radiasiyadan qorunmaqla bədənin sirkadiyalı ritmlərinə mənfi təsir göstərir. 
 
Maide.Az "Ria Novosti"ə istinadla xəbər verir ki, tədqiqatçılar qaranlıq rejimə keçərkən telefon ekranlarında qurulan sarı spektrin bioloji saata zərər verə biləcəyi ehtimalını sınamağa qərar verib.
 
laboratoriya siçanları üzərində aparılan təcrübə zamanı məlum olub ki, gecə rejiminin isti rəngləri gündüz işığına bənzədiyindən orqanizmi aldadır.
 
Belə işıqlanma yuxuya mənfi təsir göstərir və xeyrindən çox zərəri olur. Eyni zamanda, cihazlın adi rejiminə xarakterik olan mavi spektrin sərin rəngləri bədənə daha çox tanışdır. Alimlərin fikrincə, bu vəziyyət yuxuya çox mənfi təsir göstərmir.
 
"Əslində, alatoranlıq ilə əlaqəli mavi rənglər, oxşar parlaqlığa malik ağ və ya sarı işıqdan daha zəif təsir göstərir" deyə, müəlliflərdən biri Tim Braun bildirib.
 
O qeyd edib ki, görmə prosesində və sirkad ritmlərinin tənzimlənməsində iştirak edən fotopiqment melanopsinin işığın parlaqlığındakı dəyişikliklərə, eləcə də qısa və uzun işıq dalğalarının nisbətinə reaksiya verir. Smartfonun gecə rejimləri ikinci komponentə fokuslanır, yəni şüalanmanın rəngini dəyişir. Braun qeyd edib ki, hətta orta parlaqlıqda belə, bu düzgün yanaşma deyil.
 
"Tədqiqatlar göstərir ki, bioloji saatımızı gündəlik iş rejiminizə və iş cədvəlinizə uyğunlaşdırmaq sağlamlığınız üçün vacibdir. Bu məsələdə düzgün rəngdən istifadə köməyinizə çata bilər" deyə, o bildirib.

Google+ WhatsApp ok.ru