Alimlər sərbəst qrafikanın şagirdlərə faydaları haqqında araşdırma aparıb

Alimlər sərbəst qrafikanın şagirdlərə faydaları haqqında araşdırma aparıb

 
Alimlər dərslər üçün sərbəst cədvəlin və məktəbə gəlmə vaxtını özünün qərar verməsinin şagirdlərin fəaliyyətinə müsbət təsir göstərdiyini aşkar ediblər.
 
Maide.Az "RİA novosti"ə istinadla xəbər verir ki, tədqiqatın nəticələri Sleep jurnalında dərc olunub.
 
Müasir meqapolisin sakinləri xroniki yuxusuzluqdan əziyyət çəkirlər. Bu, əsasən dərsləri 8-də və ya 8:30-da başlayan şagirdlərə aiddir. 
 
Qərbi Almaniyanın Alsdorf şəhərindəki bir orta məktəbdə təcrübə aparılıb: yuxarı sinif şagirdlərinə dərslərin başlama vaxtını sərbəst seçməyə imkan yaradılıb. Yəni onlar istəklərindən asılı olaraq hər zamankı kimi saat 8-də və ya daha gec 9-da məktəbə gələ bilərlər.
 
Doqquz həftə ərzində - sistemin tətbiq olunmasından üç həftə əvvəl və dəyişiklikdən altı həftə sonra – alimlər şagirdlərin səhhəti, yuxu göstəriciləri və dərs fəaliyyəti haqqında məlumatlar toplayaraq təhlil ediblər.
 
Tədqiqatçılar şagirdlərin səhər gec oyandıqları üçün axşam da gec yatacaqlarından və nəticədə ümumi yuxu vaxtının dəyişməyəcəyindən qorxurdular. Lakin nəticələr tələbələrin əksəriyyətinin (97 faiz) həqiqətən daha çox yatmağa başladığını və ortalama yuxu müddətlərinin artdığını göstərdi. Bundan əlavə, onlar özlərini daha gümrah hiss edir, dərs zamanı daha yaxşı nəticə göstərir və məktəbdən sonra evdə daha çox məşğul olurdular.
 
Tədqiqatçılar az sayda tələbənin bu imkandan yararlandıqlarına təəccübləndilər. Onların yalnız 39 faizi təqdim olunan imkandan istifadə etməsinə baxmayaraq, bütün şagirdlərin nəticələri yaxşılaşmışdır. Bu isə o deməkdir ki, müsbət nəticələr vaxta görə deyil, daxili sərbəstlik və azadlıq hissi ilə bağlıdır.
 
Müəlliflər nəticələrin ümidverici olduğunu qeyd edirlər, lakin son nəticələr çıxarmaq üçün daha geniş və uzun müşahidələrə ehtiyac duyulduğunu qeyd ediblər.

Google+ WhatsApp ok.ru