Alimlər şəkərin beyini necə dəyişdiyini müəyyən ediblər

Alimlər şəkərin beyini necə dəyişdiyini müəyyən ediblər

Alimlər şəkərin narkotik maddə kimi beyinin kimyəvi tərkibini dəyişdirdiyini və asılılığa səbəb olduğunu sübut ediblər.
 
Maide.Az "RİA novosti"ə  istinadla xəbər verir ki, tədqiqatın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.
 
Bir çox insanlar şirni asılılığından şikayətlənir. Bu vərdiş çox vaxt piylənmə və diabetə səbəb olur.
 
Şəkər tez-tez "şirin narkotik vasitə" adlandırırlar, lakin son vaxtlara qədər asılılığa dair elmi bir sübut yox idi.
 
Orhus Universitetinin danimarkalı alimləri beyni insan beyninə çox bənzəyən donuzlar üzərində təcrübə apararaq belə bir nəticəyə gəliblər ki, şəkər həqiqətən narkotik vasitə kimi beyinə təsir göstərir.
 
12 gün ərzində yeddi donuz gündə iki litr şəkərli suyu qəbul edib.
 
MRT prosedurundan istifadə edən alimlər tədqiqatdan əvvəl, ilk günün sonunda və təcrübə bitdikdən sonra heyvanların beyninin şəklini müqayisə ediblər.
 
"Yalnız 12 gün şəkər qəbulundan sonra beyinin dopamin və opioid sistemlərində ciddi dəyişikliklər müşahidə etdik. Faktiki olaraq kimyəvi cəhətdən rifah və zövqlə əlaqəli olan opioid sistemi ilk dozadan sonra işə düşdü"-deyə təcrübə müəllifi qeyd edib.
 
Başqa sözlə desək, tədqiqatçılar müəyyən ediblər ki, şəkər də narkotik vasitə kimi beyinin mükafatlandırma sisteminə təsir edərək, nörotransmitterlər - dopamin və opioidləri ifraz edir.

Google+ WhatsApp ok.ru