Alimlər: Təzyiqinin intensiv izlənilməsi ömrü bir neçə il uzada bilər

Alimlər: Təzyiqinin intensiv izlənilməsi ömrü bir neçə il uzada bilər

 Bostondakı Brigham Qadın Xəstəxanasının alimləri qan təzyiqinin intensiv izlənilməsinin ömrü bir neçə il uzada biləcəyini müəyyən ediblər. 
 
Maide.Az "RİA novosti"ə istinalda xəbər verir ki, bu barədə "EurekAlert" portalı məlumat verib.
 
Tədqiqatda 50 yaşdan yuxarı doqquz mindən çox insan iştirak edib. 
 
Hamısı yüksək sistolik təzyiqdən (130 -180 mm civə sütunu) əziyyət çəkirmiş.
 
Könüllüləri hər biri antihipertenziv terapiya alan iki qrupa bölüblər. Birinci qrupda həkimlər iştirakçıların təzyiqini 120 mm civə sütununda, ikinci qrupun iştirakçılarında isə 140 səviyyəsində saxlayıblar.
 
Təcrübə nəticəsində alimlər belə bir qənaətə gəldilər ki, daimi təzyiq nəzarətinin köməyi ilə yaşdan asılı olaraq könüllülərin altı aydan üç ilədək ömrünü artırmaq mümkündür.
 
Tədqiqat müəllifləri qeyd edirlər ki, müsbət nəticələr yalnız həyatın sonuna qədər təzyiq göstəricilərinə nəzarət olduqda, eləcə də digər ciddi xəstəliklər olmadıqda əldə edilə bilər.

Google+ WhatsApp ok.ru