Alimlər şizofreniyanın yeni növünü aşkarladı - FOTO

Alimlər şizofreniyanın yeni növünü aşkarladı - FOTO

Amerika tədqiqatçıları şizofreniyanın yeni növünü aşkarlayıb.
 
“Report”un məlumatına görə, bu barədə “Medical Xpress” bildirib.
 
Qeyd edilir ki, adi şizofreniya xəstəsində sağlam insanla müqayisədə daha az beyin parçası müşahidə olunur. Yeni növ isə boz maddənin həcminə təsir etmir, onlar normal beyinlə oxşardır.
 
Bu xəstəlik 300 pasiyentdə beyinin analizi əsasında aşkarlanıb.
 
Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin Radiologiya professoru Uolles T. Miller həkimlərin bundan sonra şizofreniya diaqnozunu xəstəliyin alt və patoloji nümunəsinə ayıracaqlarını söyləyib.
 
Qeyd edilir ki, bu kəşf psixi pozğunluqların daha keyfiyyətli müalicəsinə imkan yaradacaq.
 

Google+ WhatsApp ok.ru