Alimlər koronavirusa qarşı 90 faiz  effektivliyə malik vaksin hazırlayıblar

Alimlər koronavirusa qarşı 90 faiz effektivliyə malik vaksin hazırlayıblar

Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firması onların koronavirusa qarşı vaksinin COVID-19-u qabaqlanması üçün 90 % effektiv olduğunu elan edib.
 
Bu barədə məlumatı CNBC yayıb.
 
Məlumata görə, alimlər 75 % effektivliyə malik vaksin gözlədiyi halda Ağ Evin koronavirus üzrə müşaviri, həkim Entoni Fauçi 50-60 % effektivli vaksinin məqbul olduğunu açıqlayıb.
 
Bildirilib ki, analiz zamanı təcrübədə iştirak edən 43 538 nəfərdən 94-də COVID-19 təsbit edilib. “Pfizer” və “BioNTech” bildiriblər ki, iştirakçıların vaksin və plasebo qəbul edənlərə bölünməsi vaksinin ikinci dozadan sonra 90 % səmərəliyini nümayiş etdirib.
 
Bu, o deməkdir ki, COVID-19-a qarşı müdafiə iki dozadan ibarət ilk vaksinasiyadan 28 gün ərzində peyda olur.
 
Hazırkı proqnozlara əsasən, “Pfizer” və “BioNTech” 2020-ci ildə 50 milyon dozayadək vaksin istehsal etməyi planlaşdırır. 2021-ci ildə bu rəqəm 1,3 milyard dozaya yüksələcək. / report/ 
 

Google+ WhatsApp ok.ru