Alimlər bu virusunun siçanlardan insana keçməsini qeydə aldılar

Alimlər bu virusunun siçanlardan insana keçməsini qeydə aldılar

Almaniyanın “Charite” Berlin klinikasının tədqiqatçılar qrupu virusoloq Yorq Xofmanın rəhbərliyi altında ilk dəfə "Seul" virusunun siçandan insana ötürülməsi hadisəsini aşkarlayıblar.
 
Bu barədə mütəxəssislər “Charite” klinikasının saytında bildirib.
 
Açıqlama “Charite” alimlərinin, Fridrix Leffler İnstitutundakı həmkarları, yerli və regional səhiyyə işçiləri ilə birgə işinin gedişatında qəbul edilib.
 
Saytda yayılmış məlumatlara görə, virus Aşağı Saksoniya federal torpağının gənc sakinində aşkarlanıb. Yoluxma ev heyvanından baş verib. Gənc kəskin böyrək çatışmazlığı əlamətləri ilə xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
 
“Virusun ev siçanlarında aşkarlanması onun heyvanların ticarəti yolu ilə dünyanın demək olar ki, hər yerinə yoluxa biləcəyini göstərir”, - deyə alimlər bildirib./ Modern.az/ 
 

 

Google+ WhatsApp ok.ru