Alimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıb

Alimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıb

 
Alimlər ət yeməkdən imtinanın sümüklərin sınması riskini artırdığını müəyyənləşdiriblər.
 
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” “Independent”ə istinadən məlumat yayıb.
 
Oksford Universiteti mütəxəssisləri vegeterianlar, veqanlar, eləcə də ət və ya balıq yeyənlər də daxil olmaqla, 54 mindən çox könüllünün iştirakı ilə araşdırma aparıb. Ümumilikdə iştirakçılar 3 941 sınıq barədə məlumat veriblər. Bundan sonra alimlər bu cür zədələrin pəhrizlə əlaqəsini təhlil ediblər.
 
Məlum olub ki, ilk iki qrupun üzvlərində qida zamanı kalsium və zülal qəbulu az olur və bu da sümüklərin kövrəkliyini artırır. Eyni zamanda, vegeterianlar və balıq yeməyi ət yeməkdən üstün tutan insanlarda ət yeyənlərə nisbətən omba sümüklərinin sınma riskinin daha yüksək olması müəyyən olunub.
 
Veqanlar arasında aşağı bədən kütlə indeksi və yüksək sınıq halları qeydə alınıb: travmaların sayı 20 il ərzində min nəfərə 20 vahid artıb. Eyni zamanda, omba sümüyünün sınığı riski iki dəfə artıb.

Google+ WhatsApp ok.ru