Alimlər: `Dünya altıncı kütləvi məhvə doğru irəliləməkdədir`

Alimlər: `Dünya altıncı kütləvi məhvə doğru irəliləməkdədir`

Alimlər aparılan araşdırmalarda son bir neçə on ildə milyardlarla heyvanın yox olmasını göstərən bioloji fəlakəti müzakirə edir.
 
Araşdırmalar təbiətin son bir neçə on ildə məruz qaldığı bioloji fəlakətin Yer kürəsinin 6-cı dəfə kütləvi məhvə doğru sürükləndiyini göstərir.
 
Məşhur və nadir növləri araşdıran alimlər, yerli və regional olmaqla milyardlarla heyvanın yox olduğunu deyir.
 
Qardianın xəbərinə görə, alimlər böhranın əhalinin həddindən artıq çoxalması və ifrat istehlak səbəbilə baş verdiyini bildirirlər. Onlar bu vəziyyətin bəşəriyyətin həyatda qalma şansını da təhlükəyə atdığını qeyd edir.
 
Alimlər aparılan araşdırmaların təbiətin bir bioloji yox olma qarşısında qalmasının insan sivilizasiyasının əsaslarına böyük bir zərbə vuracağına söyləyirlər.
Meksika Milli Avtonom Universitetindən professor Gerardo Seballos belə danışıb: “Vəziyyət o qədər pisdir ki, məsələ ilə bağlı sərt bir dillə danışmamaq etik sayılmayacaq”.
 
Alimlər sayı azalan minlərlə heyvan növünün, ancaq üçdə birinin təhlükə altında olmadığını bildirir. Quru heyvanları üzərində aparılan araşdırma, son əsrdə, heyvanların az qala yarısının müxtəlifliyinin 80%-ni itirdiyini bildirir.
 
Alimlər bioloji müxtəlifliyin qarşıdakı 20 il ərzində daha da böyük zərbələr ala biləcəyini ehtimal edib.
 
“Hərəkətə keçmək üçün vaxtımız məhduddur”, - deyən Stanford Universitetinin professoru Pol Ehrlix, təbiətin müxtəlifliyi qoruyan qanunlara ehtiyac duyulduğunu deyir.(deyerler)

Google+ WhatsApp ok.ru