Alimlər istənilən səthi sensora çevirməyi öyrənib - VİDEO

Alimlər istənilən səthi sensora çevirməyi öyrənib - VİDEO

 
Karneqi-Mellon Universitetinin alimləri elektrik keçirən xüsusi rəngin köməyi ilə istənilən səthi sensor panelə çevirməyə imkan verən yeni texnologiya təqdim edib.
 
“Electrick” adlandırılan yeni həllin əsasını elektrik tomoqrafiyasından istifadə təşkil edir. Bu texnologiyanın köməyi ilə istənilən obyekti toxunuşlara həssas etmək və kompüteri elə proqramlaşdırmaq olar ki, bu və ya digər əşyaya toxunuş vaxtı müvafiq funksiyaları yerinə yetirsin.
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, dosent Kris Harrison bildirib ki, bu, ilk hadisədir ki, içərisi rəng dolu balonun köməyi ilə istənilən əşyanı daxiletmə elementinə çevirmək olar. /

Google+ WhatsApp ok.ru