Alimlər meyvə şirəsinin təhlükəli olduğunu açıqladılar 19 Fevral 2018 02:00 Sağlamlıq -- meyvə şəkərinin 90% məhz nazik bağırsaqda həzm olunur Acqarına meyvə şirələrinin istehlakı bağırsaqların mikroflorasına mənfi təsir göstərir. ABŞ-ın Prinston Universitetinin tərkibinə daxil olan Lüis Siqler adına İnteqrativ genomika institutunun alimləri belə bir bəyanatla çıxış ediblər. Onların tədqiqatlarının nəticələri Cell Metabolism jurnalında dərc olunub. Mütəxəssislər təcrübə aparıblar və bu zaman siçanlara acqarına şirə və nektar veriblər. Məlum olub ki, belə vəziyyətdə nazik bağırsaq fruktozanı parçalaya bilmir: o, birbaşa yoğun bağırsağa düşür və mikroorqanizmlərə ciddi zərər vurur – nəticə olaraq, onlar karbohidratların öhdəsindən gələ bilmir. Bu, həm paketlənmiş, həm də yeni çəkilmiş şirələrə aiddir. Alimlər qeyd edirlər ki, meyvə şəkərinin 90% məhz nazik bağırsaqda həzm olunur. Tədqiqatçılar şirələrdən az miqdarda və yalnız qida qəbulundan sonra istifadə etməyi məsləhət görürlər. Belə yanaşma həzm sisteminin “yüklənməsinin” qarşısını alacaq və bağırsaq sisteminin mikroflorasına zərər vurmayacaq. (Oxu.az) Teqlər : #Alimlər meyvə şirəsinin təhlükəli olduğunu açıqladılar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xərçəng xəstəlikləri ilə qeyri-sağlam qidalanma arasında əlaqə aşkarlanıb Yatmazdan əvvəl nə yemək olar?
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir