Ali rəhbər Ayətullah Xamenei höccətül-İslam Vaez Təbəsinin vəfatı münasibəti ilə başsağlığı verib

Mücahid alim höccətül-İslam Abbas Vaez Təbəsinin vəfatının ardınca Ali rəhbər  Ayətullah Seyyid Əli Xamenei  başsağlığı verib. 
 
Maide.az xəbər verir ki, Ali rəhbərin  başsağlığı mesajında bildirilir:
 “Bismillahir-rəhmanir-rəhim. Təssüflə  mücahid və İnqilabın sadiq dostlarından olan cənab höccətül-İslam Hacı Şeyx  Abbas Vaez  Təbəsinin (rəhmətullah əleyhin) ölüm xəbərini aldıq.  O mənə canıyanan  qardaş,  rəhmətlik İmama  sadiq şagird və İnqilab üçün çox çalışan bir xidmətçi idi.  İslami hərakatın ilk günlərindən  Müqəddəs Məşhəd şəhərində bu  qorxmaz və təsirli  ruhaninin iştirakının şahidi idik. O hörmətli cənab çətin anlarda bütün çətinlikləri qəbul etməklə öz sədaqəti və açıq mövqeyi ilə İran xalqının mübarizəsinin son günlərinə kimi  mübarizəsini davam etdirdi.  İnqilabdan sonra,  İmamın (İmam Xomeyninin)  ona olan inamı nəticəsində  Astane Qüdsi Rəzəvinin (İmam Rza (ə) hərəminin) vəqf ərazilərinin qəyyumluğu vəzifəsinə təyin olundu. Onun  səyi və əzmkarlığı nəticəsində bu müqəddəs məkana misilsiz xidmətləri olub. İnqilabçı mövqeləri və onun  İslam sisteminə vəfadarlığı bu ali məqamlı ruhaninin həyatının  səhifələrində olub. İndi ölümü ilə mən  mehriban qardaşı, İnqilabdan öncəki sürgün və çətin günlərin həmsəngərini, inqilabdan sonrakı illərin çalışkan həmkarını itirmişəm. Allahdan  onun üçün  layiq olduğu ilahi rəhməti və mükafatı diləyirəm.  O cənabın  hörmətli  ailəsinə xüsusi ilə  həyat yoldaşı və hörmətli övladlarına  səmimi qəlbdən başsağlığı verirəm. Onlara səbr və əcr diləyirəm.” /
 
 
 

Google+ WhatsApp ok.ru