Ali Rəhbər Ayətullah Xamenei İran prezidenti və Nazirlər Kabinetinin üzvlərini qəbul edib

Ali Rəhbər Ayətullah Xamenei İran prezidenti və Nazirlər Kabinetinin üzvlərini qəbul edib

İran prezidenti və Nazirlər Kabinetinin üzvləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, görüş "Dövlət Həftəsi" münasibəti ilə baş tutub. 
 
1395-ci il 2 şəhrivər, 23 avqust 2016-cı il İran İslam Respublikasında "Dövlət Həftəsi"nin başlandığı gündür.
 
Qeyd edək ki, İranın 1981-ci ildə prezidenti Məhəmməd Əli Rəcayi və baş nazir Məhəmməd Cavad Bahünər baş nazirlik ofisində terrorçu "Münafiqlər" qruplaşmasının törətdiyi terror aktında şəhid oldular. Bu münasibətlə hər il həmin tarixdən 1 həftə boyunca İranda "Dövlət Həftəsi" qeyd olunur. 
 
Bu görüş barədə ətraflı məlumat daha sonra yayımlanacaq.
 

Google+ WhatsApp ok.ru