Ali Rəhbər: Qərb ölkələrinin koalisiyaları terrorizmi kökündən məhv etmək ardınca deyil - FOTO

Ali Rəhbər: Qərb ölkələrinin koalisiyaları terrorizmi kökündən məhv etmək ardınca deyil - FOTO

 
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bildirib ki, Qərb ölkələrinin  terrorizmə qarşı hərbi koalisiyaları onu kökündən məhv etmək  ardınca deyil.
 
Maide.Az xəbər verir ki,  Ali Rəhbər Ayətullah Xamenei bu gün Bosniya və Herseqovinanın prezident şurasının sədri Baqir İzzər Beqoviç  ilə görüşüb. 
 
Görüşdə  Ayətullah Xamenei bildirib ki, Qərb dövlətlərinin terrorizmə qarşı koalisiyaları həqiqi mübarizə koalisiyası deyil.  
“Baxmayaraq ki, bəzi vaxtlar bu koalisiyalar bəlkə terrorçularla bir başa döyüşədə girirlər, lakin  onlar İraqda və Suriyada terrorizmin kökünü kəsmək niyyətində deyillər. Onların pis siyasətləri və çirkin planları nəticəsində bəşəriyyətin problemləri gündən günə artır.”
 
Ayətullah Xamenei bu vəziyyətin yaxşılaşdırılması və müalicəsi üçün problemlərin baş vermə səbəbini tanımaq və onların həlli üçün ciddi iradənin olmasının zəruriliyini vurğulayıb.
 
“Müsəlman gənclərin bəzi güclü və imkanlı Avropa ölkələrində  təhqir olması  həmin gənclərin İŞİD kimi  yolunu azmış terror qruplaşmalarına qoşulmasına zəmin yaradır. Bu təhqir olmuş gənclər Avropaya qayıtdıqdan sonra  partlayışlar və qətliamlar törədirlər.”
 
Ayətullah Xamenei bəzi Qərb dövlətlərin terrorizmi artıran və ifratçılığı alovlandıran siyasətlərlə mübarizə aparılmasının zəruriliyini vurğulayıb.  “ Müstəqil ölkələr əlaqələrini möhkəmləndirməlidir, hegemon dövlətlərin siyasətlərindən təsirlənməməlidir  ki, fikir ayrılıqları həl etsinlər və qarşıdurmaların alovunu söndürsünlər”.
 
Ayətullah Xamenei bildirib ki, təkfirçilk və terrorizm dalğası artıq Avropaya da keçib və ehtimal olunur ki, gələcəkdə vəziyyət bundan da pis olsun.  “Bu fenomenin doğulduğu yer zahirdə ərəb bölgəsidir. Lakin həqiqətdə Amerika və bəzi Avropa ölkələri  bu hadisələrin baş verməsinin əsas səbəbkarıdırlar”. 
 
Ayətullah Xamenei İran və Bosniya və Herseqovinanın dostluq əlaqələrinin bu ölkədəki ağır müharibə dövründən möhkəmləndiyini vurğulayıb və deyib ki, bir millətin inkişafı, çiçəklənməsi və  həyatının bütün elementlərini yerinə yetirməsi üçün zəruri olan əsas məsələ sabitlik və təhlükəsizliyin təminidir. 
 
Ayətullah Xamenei  prezident olduğu dövrdə Bosniya və Herseqovinaya səfər etdiyini və bu ölkənin xalqı tərəfindən isti və səmimi qarşılandığını xatırlayıb və Bosniya və Herseqovinanın  sabiq prezidenti mərhum Əli İzzət Beqoviçin xatirəsini anıb. “İran İslam Respubliaksı  Bosniya və Herseqovina ilə əlaqələri  bütün sahələrdə o cümlədən iqtisadi, siyasi və mədəni sahələrdə  inkişaf etdirməyə hazırdır”.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru