Ali Rəhbər Həzrət İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak edib - FOTO

Ali Rəhbər Həzrət İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak edib - FOTO

Şəhidlər ağası imam Hüseynin (ə) şəhadətinin qırxıncı gününün ‒ Ərbəin gününün ildönümündə bu gün səhər imam Xomeyni (r.ə) adına hüseyniyyədə Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə əza mərasimi təşkil edilib. 
 
Maide.Az xəbər verir ki, İran universitetlərindən olan tələbələrin iştirak etdiyi bu mərasim imam Hüseynə (ə) qarşı aşıb-daşan sevgi və emosiya atmosferində baş tutub.
 
Yüksək rütbəli dövlət məmurlarının da iştirak etdiyi bu möhtəşəm mərasimdə Əhli-beyt (ə) məddahları və əzadarlar növhə və mərsiyələr oxuyaraq Kərbəla əsirlərini aparan karvanın, o cümlədən Həzrət Zeynəbin (s.ə) çəkdiyi hədsiz müsibətlərə göz yaşı axıtdılar. 
 
Bu gün, bazar günü, 1438-ci hicri qəməri ili, səfər ayının 20-si (20 noyabr) şiələrin üçüncü imamı, şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) və onun vəfalı köməkçilərinin şəhid olmasının qırxıncı günü, Ərbəin günüdür.
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru