Ali Rəhbər  Ayətullah Musəvi Ərdəbilinin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ali Rəhbər Ayətullah Musəvi Ərdəbilinin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei tanınmış mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin vəfatı münasibəti ilə başsağlığı  verib. 
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: 
“Allahın adı ilə, fəqih və dəyərli alim mərhum Ayətullah Hacı Seyid Əbdülkərim Musəvi vəfat edib və Allaha qovuşub.  Bu itgi münasibəti ilə o mərhumun bütün qohum-əqrəbasına, hörmətli övladlarına, şagirdlərinə, müqəllidlərinə və onu sevənlərə başsağlığı verirəm. O mərhum elmi və fiqhi çalışmalardan başqa, çox ağır bir zamanda İslam Respublikasının Məhkəmə Sisteminin sədrliyi kimi çətin vəzifəni daşımış, İmam Xomeyninin (rə) həyatı dövründə önəmli hadisələr və məsələlərin hamısında ölkənin görkəmli qulluqçusu və fəallarından olmuşdur. Bu fəzilətli alimin səmərəli həyatının önəmli səhifəsində mədəni fəaliyyətlər, məktəb və universitetlərin quruculuğu var.  Allahdan onun ruhu üçün rəhmət və məğfirət, onun pak əcdadları ilə məhşur olmasını diləyirəm."
 

 

Google+ WhatsApp ok.ru