Ali Rəhbər Ayətullah Xamenei İsveç baş nazirini qəbul edib - FOTO

Ali Rəhbər Ayətullah Xamenei İsveç baş nazirini qəbul edib - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İsveçin baş naziri Stefan Löfveni qəbul edib. 
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei S.Löfvenlə görüşündə iki ölkənin əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. “İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini alqışlayırıq. Ümid edirik müzakirələr və əldə olunan razılıqlar əməldə də yerinə yetiriləcək”.
 
Ayətullah Xamenei İran və İsveç arasında əlaqələrin mövcud potensialdan daha az olduğunu bildirib. “İsveçin İranla uzunmüddətli əlaqələri olub, bu səbəbdən İran xalqı bu ölkə ilə əlaqələrə nikbin baxır. Ölkə xalqlarının bir-birinə nikbin baxışının olması əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır”.
 
Ali Rəhbər deyib ki, son bir il yarım müddətində Avropa dövlətlərindən nümayəndələr Tehrana səfər edib və müzakirələr aparsa da əldə olunan razılıqların çoxu əməldə icra olunmayıb. Ümid edirik sizinlə əldə olunan razılıqlar kağız üzərində qalmayacaq və icra olunacaq. 
 
Ayətullah Xamenei bir gün öncə 22 Bəhmən İslam İnqilabının ildönümü münasibəti ilə keçirilən əzəmətli yürüşü xatırladaraq deyib ki, İranın ən önəmli potensialı onun ali təhsilli, şad, işəhazır gəncləri və yüksək iradəli və qətiyyətli xalqının olmasıdır. “Dünyada inqilabların ildönümü təşrifat xarakterlidir və bir neçə siyasi və ziyalı şəxsin önündə hərbi paradın keçirilməsi ilə qeyd olunur. Lakin İranda İslam İnqilabının qələbəsinin ildönümü həqiqi bir bayramdır ki, xalqın öz əli ilə və bütün təbəqələrin iştirakı ilə qeyd olunur”.
 
Ayətullah Xamenei deyib ki, xalqın yürüşdə (red- İslam İnqilabının qələbəsinin ildönümü yürüşündə) izdihamlı və nümunəvi iştirakı İran xalqının coşqulu və hazırlıqlı olmasına misilsiz və gözəl bir nümunədir. İran haqqında uzaqdan təhlil aparan ekspertlər bu əzəmətli iştirakı anlamaqda acizdir.
 
Ali Rəhbər İranın BMT TŞ-də İsveçin xeyrinə səs verdiyini vurğulayıb və deyib ki, BMT TŞ önəmli bir potensialdır təssüflər olsun ki, bəzi böyük güclərin həbsxanasına çevrilib. Lakin eyni zamanda bu qurumda konstruktiv rol oynamaqla ikili standartların qarşını almaq üçün çalışmaq lazımdır. 
 
Ayətullah Xamenei deyib ki, bu gün regiondakı problemlərin əsas səbəbi bəzi böyük güclərin müdaxiləsindən qaynaqlanır.  “Amerika və avropalı güclərin çoxunun Suriyada və İraqda baş verən acı hadisələrin yaranmasında rolu olub. Region xalqları bu müdaxilələri bilir və onlara qarşı bədbin olmaqda haqlıdır. Regiondakı problemlərin həlli yolu elə regionun daxilindədir. İraqda durum yaxşılaşır. Suriya məsələsinin də həlli mümkündür, lakin bunun üçün terrorizm və müharibəni alovlandırmağı dəstəkləməkdən çəkinilməlidir. Suriya hökumətinə qarşı etirazların başlandığı ilk günlərdə bəzi Qərb ölkələrinin səfirləri Suriya hökumət müxaliflərinin yanında oldu və onlara səxavətlilik göstərib silahlar verdi. Bu problem yaradan müdaxilələrdən bir nümunədir. Problemin həlli üçün problemin kökünü tanımaq və sonra onu müalicə etmək lazımdır”.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru