Ali Rəhbər Ayətullah Xamenei Məbəs günü münasibətilə bir qrup məhkumu əfv etdi

Ali Rəhbər Ayətullah Xamenei Məbəs günü münasibətilə bir qrup məhkumu əfv etdi

Ali Rəhbər  Seyid Əli Xamneyi Islam təqvimi ilə rəcəb ayının 27-nə təsadüf edən Məbəs bayramı (Həzrət Muhəmmədin (s) peyğəmbərliyə yetişdiyi gün) münasibəti ilə 593 məhbusun əfv olunmasi ilə bağlı fərman imzalayıb. 
 
Maide.Az xəbər verir ki, Həmin şəxslərin bir hissəsi həbsdən azad olunacaq, digər hissəsininsə həbs müddəti xeyli yüngülləşdiriləcək.
 
İranın Məhkəmə Sisteminin rəisi ayətullah Sadiq Amoli Laricani 593 məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsi təklifi ilə çıxış etmişdi. Təklif Ali Rəhbər tərəfindən müsbət cavablandırıldı.
 
 

 

Google+ WhatsApp ok.ru