Ali Rəhbərin imamətliyi ilə bayram namazı - FOTO - YENİLƏNİB

Ali Rəhbərin imamətliyi ilə bayram namazı - FOTO - YENİLƏNİB

(Xütbə əlavə olunub) 
 
Bu gün Fitr bayramı namazı Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin imamətliyi ilə İmam Xomeyni (r.ə) adına müsəllada qılınıb.
 
Maide.Az xəbər verir ki, Tehranda minlərlə insanın iştirakı ilə keçirilən Fitr bayramı proqramı səhər saat 7-də Quran qiraəti və mədhiyyəçiliklə başlanıb.
 
Ayətullah Xamenei Fitr bayramının xütbələrində qeyd etdi ki, bu ilin Ramazan ayı sözün əsl mənasında “mübarək” oldu: “İsti günlərdə oruc tutmaq, gənclərin böyük Quran və maarif məclislərində göz oxşayan izdihamlı iştirakı, insanların məscid və məhəllələrdə açdıqları sadə iftar süfrələri, bilmədən cinayət törətmiş məhbusların azadlığa çıxması üçün yardım göstərilməsi, ehtiyaclıların müalicə xərclərinin təmin edilməsi, Qədr gecələrində Allaha təvəssül etmək, yalvarıb dua etmək cəmiyyətdə ruhi coşqu və mənəvi mühitin olmasının əlamətlərindəndir. Bütün bunlar həm də xalqın mənəvi möhkəmliyini daha da artırır, çətin yolları qət etmək üçün zəmin yaradır. Bu mənəvi ehtiyatların qədrini bilib onu qorumaq lazımdır”.
 
 Ayətullah Xamenei qeyd etdi ki, “Qüds günü” yürüşü, habelə böyük və izdihamlı seçkilərin keçirilməsi, ordunun düşmənlər üzərinə qüdrətli hücumu xalqın ümid və başıucalıq səbəbi, eyni zamanda ictimai dəyər ehtiyatlarındandır. O, habelə vurğuladı ki, sözügedən ehtiyatları qorumaq lazımdır: “Bu qiyməli ehtiyatları qorumaq xalq arasında vəhdəti, birliyi və inqilabçı maraqları qorumaqla, İqnilabın hdəf və ideyaları istiqamətində edilən hərkətlə şərtlənir”.
 
O çıxışının davamında yeni hökumətin daha tez təşəkkül tapacağına ümidvar olduğunu dedi: “Yeni hökumət bu ilə verilmiş adın məzmunundan çıxış edərək istehsalın artırılması və gənclərin məşğulluq probleminin həlli üçün nəzərdə tutulan böyük işləri xalqın yarıdımlarından istifadə edərək həyata keçirməli və bu işləri ciddiyətlə təqib etməlidir”.
 
Ali Rəhbər Bayram namazının xütbələrinin son hissəsində İslam dünyasında mövcud olan problemlərə, xüsusilə İslam ümmətinə dəymiş yaralardan biri kimi Yəmənin vəziyyətinə, habelə Bəhreyn və Kəşmir problemlərinə toxunub və bildirib: “İslam Respublikası düşmənlər və rəqiblər qarşısındakı mövqelərini açıq şəkildə elan etdiyi kimi, İslam dünyası, xüsusilə müsəlman alimləri və ziyalıları despotlara, Ramazan ayında Yəmən xalqına hücum etmiş zalımlara olan nifrətlərini, bu məzlum xalqa dəstəklərini, habelə İslam dünyasının digər problemləri ilə bağlı münasibətlərini elan edərkən öz mövqelərini açıq şəkildə ortaya qoysunlar. Hətta təcavüzkar düşmənlər onların mövqelərdən narazı qalsalar belə”.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru