Ali Rəhbər xalqın səsini təsdiq etməklə Həsən Ruhanini İran prezidenti təyin etdi

Ali Rəhbər xalqın səsini təsdiq etməklə Həsən Ruhanini İran prezidenti təyin etdi

Ali Rəhbər xalqın səsini təsdiq etməklə Həsən Ruhanini İran prezidenti təyin etdi
 
İran İslam Respublikası prezidentinin təsdiq olunması mərasimi bu gün səhər Tehranda yerləşən İmam Xomeyni (r.ə.) adına hüseyniyyədə keçirildi və İslam İnqilabının Böyük Rəhbəri xalqın səsini təsdiq etməklə Həsən Ruhanini İran prezidenti təyin etdi.
 
Maide.İnfo xəbər verir ki, Ali Rəhbərin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahuluzma Xamenei bu hökmdə yüksək şövqlü seçkiləri və seçilmiş şəxsiyyətin yüksək səsini quruluşun respublikaçılığının möhkəmlənməsinin nişanəsi adlandırıb və müqavimət iqtisadiyyatı proqramının icrasını vurğulayıb.
 
Ayətullah Xamenei İran İslam Respublikasının prezidentinə tövsiyə edib ki, öz ciddi-cəhdini ədalətin bərqərarına, zəif imkansız şəxslərə tərəfdarlığa, əsl İslam əhkamlarının icrasına, milli izzət və vəhdətin gücləndirilməsinə, ölkənin böyük imkan və qabiliyyətlərinə diqqətə və İslam İnqilabının əsasları və dəyərlərinin yüksək qiymətləndirilməsində ciddiliyə yönəltsin.
 
Bu mərasimdə İranın Daxili İşlər naziri də 12-ci prezident seçkilərinin keçirilməsi prosesi barədə hesabat təqdim edib.
 
Əsas Qanunun 110-cu maddəsinə əsasən, xalq seçkilərindən sonra prezident hökmünün imzalanması rəhbərin vəzifə və ixtiyarlarındandır və prezident seçkiləri qanununa əsasən, İran İslam Respublikasında prezidentlik dövrü dörd ildir və İnqilab Rəhbəri tərəfindən etimadnamənin təsdiq edilməsi tarixindən başlanır.
 
Həsən Ruhani 2017-ci il mayın 19-da keçirilən İran İslam Respublikasının 12-ci prezident seçkilərində 23 milyondan çox səs toplayaraq, bir daha İran prezidenti seçildi. /

Google+ WhatsApp ok.ru