Ali Rəhbərin iştirakı ilə Həzrət İmam Hüseynin (ə) matəm mərasimi keçiriləcək

Ali Rəhbərin iştirakı ilə Həzrət İmam Hüseynin (ə) matəm mərasimi keçiriləcək

Bu gündən Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə İmam Xomeyni (rə) adına hüseyniyyədə şəhidlər sərvəri Həzrət Əba Əbdillah Hüseyn (ə) və vəfalı sirdaşlarına əzadarlıq mərasimi keçiriləcək. 
 
Maide.Az-ın  məlumatına görə, əzadarlıq mərasimində müxtəlif bölgələrdən olan minlərlə insan və eləcədə İranın dövlət rəsmiləri iştirakı gözlənilir. 
 
Qeyd edək ki, bu gündən (məhərrəm ayının 6-sı)  etibarən qeyd olunan bu mərasim məhərrəm ayının 11-inə (oktyabr ayının 2-dək)  qədər davam edəcək.
 

Google+ WhatsApp ok.ru