Ali Rəhbər Ayətullah Xamenei  başsağlığı verdi

Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verdi

-- Mütəfəkkir alim Ayətullah Mohyiddin Hairi Şirazi...

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei mütəfəkkir alim Ayətullah Mohyiddin  Hairi  Şirazinin vafatı münasibəti ilə başsağlığı  verib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Böyük hüzn və kədərlə mütəfəkkir alim Cənab Ayətullah  Mohyiddin  Hairi  Şirazinin vafatı xəbərini eşitdim. O, çox görkəmli və müvəffəq din alimlərindən idi.  Öz bərəkətli ömrünü bütövlükdə həmişə  dinləyicilərinin tərbiyəsi və onların  ruh, düşüncə və qəlb yüksəkliyi üçün həsr etdi. Bu ixlaslı, mərifət sahibi və əxlaq ustadının fəal və səmərəli düşüncəsi həm İnqilabdan öncə  Şirazda və  Qumda, həmdə  İnqilabdan sonra  İmam cümə kimi və digər önəmli vəzifələrdə həmişə  İslam, Quran və inqilab maarifinnin yayılmasında təsir edici olub.  Bu rəbbani alimin vəfatını onun yaxınlarına, şagirdlərinə,  sevənlərinə, dini elmiyyə hövzələrinə və Fars əyalətinin  əziz xalqına və ruhanilərinə başsağlığı deyirəm.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"

Google+ WhatsApp ok.ru