Ali Rəhbər Ayətullah Xamenei kütləvi amnistiya elan edib

Ali Rəhbər Ayətullah Xamenei kütləvi amnistiya elan edib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İslam İnqilabının 40-cı ildönümü, “Fəcr ongünlüyü” və 22 bəhmən (11 fevral) İslam İnqilabının qələbəsi  münasibəti ilə amnistiya elan edib.
 
Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani ali rəhbərə məktubla müraciət edib.
 
Müraciətdə fevral ayının 11-nə kimi amnistiyanın şərtlərinə uyğun gələn və barələrində məhkəmə qərarı çıxarılmış bir sıra siyasi, hərbi və mülki cinayətlərə görə həbs olunan şəxslər barəsində amnistiya elan edilməsini istəyib və ali rəhbər bu haqda fərman imzalayıb.
 
Məlumata əsasən, amnistiya qərarı ilə 
 
A) Bu və ya digər səbəbdən indiyədək icra olunmayan 6 ayadək azadlıqdan məhrum olunan şəxslərin məhkumluğu, ona qarşı şikayətçi ya iddiaçının olmaması, yaxud 06 mart 2019-cu il tarixədək iddiaçının razılığını əldə etmək şərtilə bağışlanıb.
 
B) Həbs cəzası çəkən 
 
1 ilə qədər müddətə azadlıqdan məhrum edilmiş şəxslər cəzalarının qalan hissəsindən azad olunub.  
1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının dörddə üç hissəsi bağışlanıb. 
5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının üçdə iki hissəsi bağışlanıb. 
10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin bir il həbs cəzası çəkməsi şərti ilə cəzalarının ikidə bir hissəsi bağışlanıb. 
20 ildən artıq müddətə azadlıqdan məhrum edimiş şəxslər kişilər 12, qadınlar isə 10 il müddətində həbsdə qalıbsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
Ömürlük azadlıqdan məhrum edilmiş kişilər 15, qadınlar isə 12 il müddətində həbsdə qalıbsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
 
Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Himayəsində azyaşlı uşaqlar olan məhbus qadınlar əgər cəzalarının beşdə bir hissəsini həbsdə olublarsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub. 
Hər hansı bir səbəbdən məhkumiyyət həyatı yaşayan şəhid ailələri (atası, anası, həyat yoldaşı, övladı, qardaşı və bacısı)5 ildən artıq məhkum olunduqları halda, cəzasının beşdə birini, əbədi həbs cəzasına məhkum olanların ən azı  5 il müddətində həbsdə qalıbsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
 
Sağalmaz və yolxucu xəstəliklərdən əziyyət çəkən, tibbi eksperdisiyanın qərarı ilə xəstəliyi təsdiqlənmiş məhkumlar da amnistiya qərarı ilə bağışlanıb.
Şübhəsiz, Cinayət Prosessual Məcəlləsinin 502 və 522- ci maddələrinin icrası istiqamətində Məhkəmənin hərəkətləri bu amnistiya qərarının tətbiq edilməsinə mane olmur.
 
Yaşı 70-dən çox olan kişi və 60-dən artıq olan qadın məhkumlar da cəzadan azad olunub. Bu amnistiya 5 ildən artıq həbs cəzası almış, eləcədə ömürlük azadlıqdan məhrum edilmiş və cəzasının ən az 5 ilini həbsdə olmuş yaşı 70-dən çox olan kişi və 60-dən artıq olan qadın əcnəbi vətəndaşları da nəzərdə tutur. Həmçinin qeyri-qanuni yola ölkəyə daxil olan və ya daha artıq ölkədə qalan əcnəbi məhkumların məhkumluq və nağd cəzalarının qalanı bağışlanıb.
 
Qeyd: Hazırki bəndə şamil olunan şəxslər ölkədən qovulduqdan sonra növbəti 10 il ərzində icazəsiz İİR-nın ərazisinə daxil olduqda onlara tətbiq olunan əfv qərarı etibarsız sayılacaq və onların inzibati həbs cəzasının geri qalan hissəsi tətbiq ediləcək.
 
C) Hər hansı bir səbəbə görə 10 (on) milyon riala kimi nağd pulla cərimə cəzasına məhkum olunmuş şəxslər əfv edilib.
 
D) Nağd pulla cərimə cəzasını ödəmək iqtidarında olmadıqları üçün həbsdə yatan məhkumların cəzası
 
10 (on) milyon riala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;
700 (yeddi yüz) milyon riala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;
700 (yeddi yüz) milyon rialdan 2 (iki) milyard riala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının üçdə iki hissəsi;
2 (iki) milyard rialdan 5 (beş) milyard  riala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının ikidə bir hissəsi;
Qeyd: Həbs cəzası əfv olunan azadlıqdan məhrum etmə və ya nağd cərimə ödəməyə məhkum olunan şəxslərə qarşı cərimə cəzası da bu təlimatın müddəalarına şamil edilir
 
E) Bütün şallaq cəzası alan məhkumlar bağışlanıb.
 
F) Əfv imtiyazından istifadə etməyin şərtləri:
 
1. İkidən artıq məhkumluğun olmaması.
2. İslam Cəza Qanunun 19-cu maddəsi ilə nəzərdə tutulan 1-5-ci dərəcəli cəzanın səbəb olduğu qəsdən yeni cinayətin törədilməməsi.
3. Xüsusi iddiaçının olmaması, onun razılığının cəlb edilməsi və yə dəyən zərərin kompensasiya edilməsi, yaxud məhkumluq dövru başa çatmadan əvvəl iddiaçıya və ya zərərçəkmişə dəyən zərərin ödənilməsi qaydası (o cümlədən fiziki və hüquqi şəxslərə).
 
Qeyd: Cinayətin törədilməsində əlbir olmaq, qəsdən adam öldürmək istisna olmaqla, sözü gedən hallarda xüsusi iddiaçının razılığı tələb olunmur və əfv qərarının çıxarılmasına mane olmur. 
 
4) 1-3-cü kateqoriyalı cəzaların nəzərdə tutulduğu əvvəlki məhkumluq zamanı əfv qərarından istifadə etməmək.
 
G) Amnistiya qərarı bundan öncə əfv siyahısında olmuş və yenidən cinayət törədərək həbs olmuş şəxslərə, silahlı basqın, silah və narkotik qaçaqmalçılığı, vətənə xəyanət, bir ildən artıq müddətə məhkum edilmiş milli təhlükəsizlik əleyhinə, adam oğurluğu, zorlama, insan alveri, külli miqdarda dələduzluq, pul və qiymətli kağızların saxtakarlığı, spirtli içkilərlə bağlı cinayətləri törətmiş şəxslərə şamil olunmur.
 
Xatırladaq ki, bundan öncə İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani bildirmişdi ki, İslam İnqilabının 40-cı ildönümü münasibətilə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin göstərişi əsasında  50 mindən artıq məhbus əfv olunacaq.  
 

 

Google+ WhatsApp ok.ru