Ali Rəhbər: ‘ABŞ-ın İrana qarşı planları nəticəsiz qalacaq’

Ali Rəhbər: ‘ABŞ-ın İrana qarşı planları nəticəsiz qalacaq’

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Həzrət İmam Hüseynin (ə) mövludu münasibətilə İslam İnqilabı Keşikçilər Korpsunun (SEPAH) üzvləri ilə ailələrini qəbul edib.
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei ABŞ-ın  SEPAH-a olan düşmənçiliyinin səbəbinə toxunub: “Ədavətin səbəbi bu qüvvələrin İslam İnqilabını müdafiə etməsidir. ABŞ və digər İslam düşmənləri qırx il ərzində hər vasitəyə əl atsalar da, heç bir nəticə əldə edə bilmədilər”.
 
İnqilab Keşikçilərinin düşmənə qarşı cəbhədəki rolunu təqdir edən Ali Rəhbər Ayətullah Xamenei, bildirib ki,  İnqilab Keşikçiləri həm sərhəd bölgəsində, həm də minlərlə kilometr uzaqlıqda olan Həzrət Zeynəbin (s.ə) müqəddəs hərəmini müdafiə edərək, qarşı cəbhəyə nisbətən üstünlüyə malikdirlər. Həmçinin siyasi sahədə də düşmənlə mübarizə edirlər.
 
 “ABŞ rəhbərliyi İnqilab Keşikçilərinə (əslində İran ilə İslami İnqilabına) qarşı plan hazırladıqlarını güman edirlər. Əlbəttə bu çirkin əməllərlə bir nəticəyə çata bilməyəcəklər. Bu hiylələrlə sadəcə özlərini aldadırlar. ABŞ-da İslam Respublikasının düşməni olan  Tramp ilə ətrafındakı axmaqların hakimiyyəti enişə doğru irəliləyir”.
 
İranın regiondakı güclü mövqeyinə işarə edən Ali Rəhbər qeyd  edib ki, düşmənlərin əksinə İslam Respublikası bugünkü gücünün kökündə atom bombası yatmır. “Biz əvvəldən atom bombasının dini qanunlarımıza zidd olduğunu və ona ehtiyac duymadığımızı vurğuladıq. Bu səbəbdən İran xalqının İslam dünyasındakı bugünkü gücü, xalqın müqavimətinə söykənib”.

Google+ WhatsApp ok.ru