Ali Rəhbər Ayətullah Xamenei kütləvi amnistiya elan edib

Ali Rəhbər Ayətullah Xamenei kütləvi amnistiya elan edib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  Rəcəb ayında mövludlar,  Novruz bayramı və  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün – “Məbəs” bayramı münasibətiilə amnistiya elan edib.
 
Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi  münasibətilə ali rəhbərə məktubla müraciət edib.
 
Müraciətdə mart ayının 18-nə kimi amnistiyanın şərtlərinə uyğun gələn və barələrində məhkəmə qərarı çıxarılmış bir sıra siyasi, hərbi və mülki cinayətlərə görə həbs olunan şəxslər barəsində amnistiya elan edilməsini istəyib və ali rəhbər bu haqda fərman imzalayıb.
 
Məlumata əsasən, amnistiya qərarı ilə 
 
A) Həbs cəzası çəkən 
 
- 18 mart 2020-ci ilədək  cəzasının üçdə bir hissəsini həbsdə qalmış və 10 ilə qədər müddətə azadlıqdan məhrum edilmiş şəxslər cəzalarının qalan hissəsindən azad olunub. 
- 18 mart 2020-ci ilədək  cəzasının 2-də bir hissəsini həbsdə qalmış və 10 ildən çox (ömürlüklər istisna) müddətə azadlıqdan məhrum edilmiş şəxslər cəzalarının qalan hissəsindən azad olunub. 
- Ehtiyatsızlıqdan cinayət törətmiş bütün şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
- Himayəsində azyaşlı uşaqlar olan məhbus qadınlar (ömürlüklərə şamil edilmir) əgər cəzalarının beşdə bir hissəsini həbsdə olublarsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub. 
- Hər hansı bir səbəbdən məhkumiyyət həyatı yaşayan şəhid ailələri (atası, anası, həyat yoldaşı, övladı, qardaşı və bacısı) ən azı beşdə bir hissəsini həbsdə qalıbsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
 
Bu şəxslər aidiyyatı qurumlardan  şəhid ailəsi olmasına dair  sənəd təqdim etməlidirlər. 
 
- Sağalmaz və yolxucu xəstəliklərdən əziyyət çəkən, tibbi eksperdisiyanın qərarı ilə xəstəliyi təsdiqlənmiş məhkumlar da amnistiya qərarı ilə bağışlanıb.
 
Şübhəsiz, Cinayət Prosessual Məcəlləsinin 502 və 522- ci maddələrinin icrası istiqamətində Məhkəmənin hərəkətləri bu amnistiya qərarının tətbiq edilməsinə mane olmur.
 
- Yaşı 70-dən çox olan kişi və 60-dən artıq olan qadın məhkumlar da cəzadan azad olunub. Bu amnistiya 5 ildən artıq həbs cəzası almış, eləcədə ömürlük azadlıqdan məhrum edilmiş və cəzasının ən az 8 ilini həbsdə olmuş yaşı 70-dən çox olan kişi və 60-dən artıq olan qadın əcnəbi vətəndaşları da nəzərdə tutur. Həmçinin qeyri-qanuni yola ölkəyə daxil olan və ya daha artıq ölkədə qalan əcnəbi məhkumların məhkumluq və nağd cəzalarının qalanı bağışlanıb.
 
Qeyd: Hazırki bəndə şamil olunan şəxslər ölkədən qovulduqdan sonra növbəti 10 il ərzində icazəsiz İİR-nın ərazisinə daxil olduqda onlara tətbiq olunan əfv qərarı etibarsız sayılacaq və onların inzibati həbs cəzasının geri qalan hissəsi tətbiq ediləcək.
 
B) Nağd pulla cərimə cəzasını ödəmək iqtidarında olmadıqları üçün həbsdə yatan məhkumların cəzası
 
-  200 (iki yüz) milyon riala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;
-18 mart 2020-ci ilədək ən az 4 ay həbs həyatı yaşamış və 200 (iki yüz) milyon rialdan artıq  və 500 (beş yüz) milyon riayala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;
- 18 mart 2020-ci ilədək ən az 1 il həbs həyatı yaşamış və 500 (beş yüz) milyon rialdan artıq  və 1 (bir ) milyard riayala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;
- 18 mart 2020-ci ilədək ən az 2 il həbs həyatı yaşamış və 1 (bir) milyard rialdan artıq  və 2 (iki ) milyard riayala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;
 
  
C) Amnistiya imtiyazından istifadə etməyin şərtləri:
 
1. birdən artıq məhkumluğun olmaması.
2. İslam Cəza Qanunun 19-cu maddəsi ilə nəzərdə tutulan 1-5-ci dərəcəli cəzanın səbəb olduğu qəsdən yeni cinayətin törədilməməsi.
3. Xüsusi iddiaçının olmaması, onun razılığının cəlb edilməsi və yə dəyən zərərin kompensasiya edilməsi, yaxud məhkumluq dövru başa çatmadan əvvəl iddiaçıya və ya zərərçəkmişə dəyən zərərin ödənilməsi qaydası (o cümlədən fiziki və hüquqi şəxslərə).
 
Qeyd: Cinayətin törədilməsində əlbir olmaq, qəsdən adam öldürmək istisna olmaqla, sözü gedən hallarda xüsusi iddiaçının razılığı tələb olunmur və əfv qərarının çıxarılmasına mane olmur. 
 
4) Əvvəlki məhkumluq zamanı əfv qərarından istifadə etməmək.
 
E) Amnistiya qərarı bundan öncə əfv siyahısında olmuş və yenidən cinayət törədərək həbs olmuş şəxslərə, silahlı basqın, silah və narkotik qaçaqmalçılığı, vətənə xəyanət, bir ildən artıq müddətə məhkum edilmiş milli təhlükəsizlik əleyhinə, adam oğurluğu, zorlama, insan alveri, külli miqdarda dələduzluq, pul və qiymətli kağızların saxtakarlığı, spirtli içkilərlə bağlı cinayətləri törətmiş şəxslərə şamil olunmur.
 
Amnistiyanın icrasına 18 mart 2020-ci ildən başlanılıb. 
 

Google+ WhatsApp ok.ru