ETSN: Sabah havanın temperaturu 4-6 dərəcə aşağı enəcək

ETSN: Sabah havanın temperaturu 4-6 dərəcə aşağı enəcək

Avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var .
 
Qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
 
Avqustun 25-i axşama doğru yağıntının tədricən kəsiləcəyi, 26-27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Google+ WhatsApp ok.ru