Ali Səud rejim qüvvələri Qətif bölgəsində evlərə hücum edib

Ali Səud rejim qüvvələri Qətif bölgəsində evlərə hücum edib

Səudiyyə Ərəbistanın Şərqiyyə vilayətinin Qətif şəhəri şiələrinə təzyiqlər davam edir. Belə ki, bu dəfə Səudiyyə rejim qüvvələri Qətif şəhərində evlərə hücum edib və Ali Səud sistemini tənqid edən siyasi fəalları həbs edib. 
 
Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanın yerli KİV-lərinin verdiyi məlumata görə, Ali Səud rejim qüvvələri Qətif bölgəsində evlərə hücum edərkən silahlardan istifadə edib. 
 
İnsidentlə bağlı sosial şəbəkələrdə bəzi fotolar yayımlanıb. Hücum zamanı bir çox evə ziyan dəyib. Təhlükəsizlik qüvvələri vətəndaşların avtomobillərinə atəş açaraq, içərisində insanların istirahət etdiyi kafelərin şüşələrini sındırıb.  
 
Həmçinin bildirilir ki, bir neçə nəfər fəal və hökumət tənqidçisi saxlanılb və naməlum istiqamətə aparılıb. 
 

Google+ WhatsApp ok.ru