İşğalçı israil Rəfəh keçidini ələ keçirmək üçün hücuma keçib

Sionist rejim ordusu hazırda Qəzzanın cənubunda yerləşən Rəfəh şəhərinə və keçidinə tərəf yürüşlərə başlayıblar. 
 
Maide.az-ın əl-Məyadin kanalına istinadən məlumatına görə, sionist rejim ordusu bu gün səhərdən 72 saatlıq atəşkəs elan olunmasına baxmayaraq Qəzzanın cənubunda yerləşən Rəfəh şəhərinə intensif top və raket hücumları təşkil edib. Bundan başqa tanklarda bu şəhərə tərəf yürüş edir. 
 
Məlumata əsasən, bu gün Rəfəhə təşkil etdiyi hücumlar nəticəsində 120 fələstinli şəhid olub və 500 nəfərə yaxın fələstinli isə yaralanıb. 
 
Bundan öncə bəzi KİV-lər məlumat vermişdi ki, sionist rejim Rəfəh keçidini Qəzzadan ayırmağı planlaşdırır. Misir KİV-lərinin məlumatına görə, rəsmi Qahirə çalışır ki, Rəfəh keçidinin təhlükəsizliyinin təmin olunmasını Fələstin Özünü İdarə Təşkilatına  versin. /
 

Google+ WhatsApp ok.ru