İşğalçi İsrail rejimi fələstinlilərə məxsus iş yerlərini bağlayır 01 İyun 2020 09:53 Fələstin İşğalçı İsrail rejimi Qüdsdə fələstinlilərə aid iş yerlərini bağlamağı planlaşdırır. Maide.Az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat verib. Məlumata görə, işğlçı rejimin Qüds şəhərindəki planlaşdırma komitəsinin razılığı ilə şəhərin Vadisi əl-Cevz bölgəsindəki sənaye bölgəsində ilin sonuna qədər 200-ə yaxın iş yerinin bağlanması barədə xəbərdarlıq edilib. Sökülməsi planlaşdırılan iş yerlərinin avtoyuma sexləri, müəssisələr və restoranların olduğunu bildirilir. Bu bölgə Qüdsdəki fələstinlilərin işlədiyi ən sıx yerlərdən biridir. Fələstin rəsmiləri bildirir ki, bu qərarın məqsədi şəhərdəki fələstinlilərə məxsus yeganə sənaye bölgəsini ələ keçirməkdir. İnsan haqları təşkilatları tərəfindən verilən məlumata görə, işğalçı rejim rəhbərliyi "İsrail dövlətinə lisenziyasız və ya sahib olmadığı" iddiaları ilə 2004-cü ildən bəri Qüdsdə fələstinlilərin 1007 müəssisəsini söküb. Teqlər : #İşğalçi,#İsrail,#rejimi,#fələstinlilərə,#məxsus,#iş,#yerlərini,#bağlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejinminin ordusu: 'Mümkün Fələstin qiyamına tab gətirəcək gücdə deyilik' Sionsit rejim və Səudiyyə Ərəbistanı Qüdslə bağlı gizli danışıqlar aparıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar