Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb 22 Avqust 2017 01:00 Elm, Təhsil Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. / Teqlər : #Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb Qəbələyə köçürüləcək universitetlərin adları açıqlandı – SİYAHI