Ali Xəlifə rejimi şəhid atalarına qarşı təzyiqlərə başlayıb

Ali Xəlifə rejimi şəhid atalarına qarşı təzyiqlərə başlayıb

Ötən gün Ali Xəlifə rejim təhlükəsizlik qüvvələri Bəhreyn İnqilab şəhidlərinin valideynlərini, o cümlədən Şəhid Sadiq Sibtin atası Cəfər Casim və eləcədə, 63 yaşlı Hac Məcid adlı digər şəhid atasını polis bölməsinə çağırıb.
 
Maide.Az xəbər verir ki, ekspertlər şəhid atalarının təhlükəsizlik qüvvələri tərəfindən polisə çağrılmasını xalqı qorxuzmaq məqsədi ilə baş tutduğunu bildirir. Şəhid ataları da digər qruplarla bərabər xalqa səslənərək onları rejim əleyhinə keçirilən aksiyalarda iştirak etməyə çağırıb. Bəhreyn Cinayət Araşdırmalar idarəsi şəhid atalarını idarəyə çağırmaqla, onların inqilabçı fəaliyyətlərinin və xalqa dəstək olmasının qarşısını almağa çalışır. 
 
Qeyd edək ki, digər bir məlumata görə, Bəhreynin kəşfiyyat orqanları Bəhreyn xalqının inqilabını yatırmaq üçün uzun illər Fələstin xalqına qarşı reprssiyaları davam etdirən İsrail kəşfiyyat agentlərindən yardım alır. Bu məlumatı WikiLeaks saytı yayıb və bildirib ki, Ali Xəlifə rejim və sionist rejim arasında gizli sövdələşmələr var.
 
 

Google+ WhatsApp ok.ru