Ali Xəlifə İsrail ilə münasibətləri normallaşdırmağa çalışır

Ali Xəlifə İsrail ilə münasibətləri normallaşdırmağa çalışır

Bəhreyn Əl-Vəfaq İcması Ali-Xəlifə rejiminin Əmək və Sosial İnkişaf Nazirliyini sionizm əleyhinə toplantıya dair məlumatların yayılmasını qadağan etməsini Bəhreyn konstitusiyası və qanunlarının pozulması kimi dəyərləndirib.
 
Maide.Az xəbər verir ki, Əl-Vəfaq birliyinin verdiyi bəyanatda Bəhreyn rejiminin bu hərəkətinin Ali-Xəlifənin yürütdüyü Təl-Əviv ilə Manamanın münasibətlərini normallaşdırmaq siyasətinin bir parçası olduğu bildirilir.
 
Əl-Vəfaq İcması tərəfindən verilən açıqlamada, "Fələstin məsələsi milli razılaşma məsələsidir və Bəhreyn xalqı üçün əsasdır. Bəhreyn rejiminin bu hərəkəti dilləri susdurmaq və müsəlmanların Fələstin məsələsinə qarşı dini, ictimai və milli haqlarını pozmağı məqsəd güdür", - deyə bildirilir.
 
Bəhreyn rəsmiləri bazar günü sionist rejimlə normallaşan əlaqələri əsas mövzu götürən toplantının yayımını dayandırmışdı.

Google+ WhatsApp ok.ru