Ali Xəlifə rejimi Bəhreynin İsrail rejimi ilə münasibətləri normallaşdırmasına etiraz edənlərə təzyiqlər göstərir

Ali Xəlifə rejimi Bəhreynin İsrail rejimi ilə münasibətləri normallaşdırmasına etiraz edənlərə təzyiqlər göstərir

"Bəhreyn İnsan Haqları Dərnəyi"nin sədri Baqir Dərviş son günlər saxlanılan fəallarla bağlı açıqlama verib.   
 
Baqir Dərviş açıqlamasında bildirib ki, Ali Xəlifə rejimi İsrail rejimi ilə münasibətləri normallaşdırdığı üçün etiraz aksiyası keçirənlərə təzyiqlər göstərir. 
 
"Onlarla fəal aksiyalardan qabaq saxlanılıb. Onların aqibətlərindən xəbər yoxdur. Aksiyalarda da sərbəst şəkildə toplaşmaq hüququ olan insanlara qarşı qanunsuzluqlar edilir", - deyə Baqir Dərviş diqqətə çatdırıb.   
 
O qeyd edib ki, bu gün Fələstin dəstək aksiyaları keçirənlər saxlanılaraq, həbs olunurlar. 
 
Qeyd edək ki,  artıq 6 gündür ki, Bəhreyn xalqı işğalçı İsrail rejimi ilə Bəhreyn arasında münasibətlərin normallaşmasına etiraz olaraq  aksiyalar keçirir.  Bəhreynin müxtəlif böglələrində keçirilən aksiyalarda çox sayda insanın saxlanıldığı bildirilir. Polis  aksiyanı dağıtmaq üçün  gözyaşardıcı qazdan istifadə edir.  /PressTV / 
 

Google+ WhatsApp ok.ru