“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Ali – İmran surəsi , 169

Həzrət Əli (ə) buyurur:
“Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər.”



Allahın elmi məcburiyyət yaratmır

CƏHƏNNƏM HƏM DƏ MÜALİCƏ YERİDİR

Tarix : 20-06-2017 09:42

“Biz cinlərdən və insanlardan çoxunu şübhəsiz ki, Cəhənnəm üçün yaratdıq...” (“Əraf” surəsi, ayə 179.)

 

Bu ayədə deyilir ki, “Cinlərin və insanların çoxu Cəhənnəm üçün yaradılıb”. Ortaya belə bir sual çıxır: Cin və insanların çoxunun yaradılmasında məqsəd Cəhənnəm odudurmu? Halbuki Quranın digər ayələrində son məqsədin Allaha ibadət, tərəqqi, təkamül, ilahi rəhmət və səadətə çatmaq olduğu qeyd edilmşidir. Əgər Quran ayələrini yanaşı qoysaq, sualın cavabı aydınlşacaq. Cinlərin və insanların yaradılış məqsədi ilə bağlı deyilmiş bu fikir, sanki dülgər “Topladığım bu ağacların çoxu gözəl qapılar düzəltmək, qalan əksəriyyəti yandırılmaq və ocaq qalamaq üçündür. Sağlam, təmiz və saf olan ağacları birinci qeyd etdiyim məqsəd üçün, sağlam olmayan, pisxassəli, zəif ağacları və tikə-paraları ikinci məqsəd üçün istifadə edəcəyəm!” deməsinə bənzəyir. Əslində dülgərin iki məqsədi var: Əsas və təbii məqsəd. Əsas məqsəd qapı və yaxşı vasitələr düzəltməkdir. O, bütün səy və fəaliyyətlərini məhz bu yolda sərf edir. Ancaq lazım olmayan, istifadəyə yaramayan ağacları yandırmaq üçün bir kənara qoyur. Bu isə dülgərin əsas deyil, təbii hədəfidir. Bu misalla bizim mövzunun arasında mövcud olan yeganə fərq ağacların bir-birindən fərqlənməsinin qeyri-ixtiyari olması, insanların isə bir-birindən fərqlənməsinin onların özlərinin ixtiyari şəkildə etdikləri əməllərdən asılı olmasıdır. Başqa sözlə, Allah Quranın müxtəlif ayələrində buyurur ki, bütün insanları pak və təmiz yaratmış, xoşbəxtlik və təkamül səbəblərini hər kəsin ixtiyarına vermişdir. Ancaq bir qrup insan öz əməlləri ilə Cəhənnəm əzabına düçar olur, sonu zülmət və bədbəxtliklə nəticələnir. Başqa bir qrup insan isə öz əməlləri ilə cənnətlik olur, xoşbəxtlik və səadətə qovuşur. (“Nümunə təfsiri”, c.7, səh.19.)

Deməli, rasional dərkimiz, varlığımızın potensial imkanları ilə bağlı məlumatlarımız, dərkimiz və hisslərimiz, həyat təcrübəmiz, eyni zamanda Quran və hədislərə əsasən, deməliyik ki, insanın Cənnət və ya Cəhənnəmə getməsi onun öz ixtiyari seçiminin nəticəsidir. Allahın elmi, bilgisi və məlumatı insanı hər hansı işə məcbur etmir. Yəni Allahın insanın aqibətindən xəbərdar olması, bu barədə məlumat verməsi onun Cənnət və Cəhənnəmə getməsinə səbəb olmur. Cənnət və Cəhənnəm səbəbi insanın öz ixtiyari seçimi ilə etdiyi davranışlar və gördüyü işlərdir. Çünki Allah insanı günaha məhkum deyil, muxtar bir varlıq olaraq yaratmışdır. Günah və ya savabı seçmək insanın öz əlindədir. Bu onun proqramıdır. İnsanı ixtiyar sahibi olaraq yaratmaq, yaradılış baxımından ən mükəmməl varetmə proqramıdır.

Allah elə edə bilərdimi ki, insan, ümumiyyətlə, günah edən olmasın? Təbii ki, qüdrət sahibi Allah bunu edə bilərdi, ancaq etməzdi. Çünki hikmət, ədalət, rəhmət, sevgi, izzət sahibi olan bir varlığa bu yaddır. Allah-Taala Quranda belə buyurur: “Əgər Allah istəsəydi, sizin hamınızı vahid bir ümmət edərdi. Lakin O, azğınlıq istəyəni azdırır, doğru ola yönəlmək istəyəni də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.” (“Nəhl” surəsi, ayə 93.)

Məsələ burasındadır ki, sualda qeyd edilən davranış tərzi Allahın zatına ziddir. Bu, Onun hikmət sahibi olması ilə bağlıdır. Hikmət sahibi olan varlıq isə Cəhənnəm oduna və əzaba məhkum bir varlıq yaratmaz. Təsəvvür edin, Allah biz istədiyimiz kimi, elə yaradır ki, ümumiyyətlə, günah və ya savab, yaxşı və pis seçimimiz olmur. Onda bunun nəyi dəyər oldu, dəyərimiz nə oldu? Qiymətimiz necə bilindi? Biz dəyəri o zaman qazana bilərik ki, iki seçim arasında qalıb pisi yox, yaxşını seçək. Əgər Allah bizi pisi və yaxşını seçməkdən məhrum bir varlıq kimi yaradarsa, dəyərimiz itər.

Allah insanı yaradanda bir nəfər də olsun, pis və şər insan yaratmayıb, hamını yaxşı yaradıb, hamını Allaha inancı olan pak bir varlıq olaraq yaradıb. (“Rum” surəsi, ayə 30.)

Günahkar varlıq yaratmayıb. Günahı insan özü edir. Hətta bütün fəsadların başı hesab edilən Şeytanı yaradanda belə, günahkar və şər kimi yaratmayıb. Pak bir varlıq olaraq yaradıb. Elə yaradıb ki, hələ təkcə yeddi min il Adəmdən əvvəl sadə namaz qılan yox, mələklərin önündə duran pişnamaz olub. Deməli, anlaşılmazlıq və müəmma o zaman olardı ki, Allah Cəhənnəm əhlini elə yaradanda pis və şər yaradaydı.

Diqqət yetirilməsi zəruri olan nüanslardan biri də budur ki, bizim günah dediyimiz məsələ özü də müəyyən cəza tədbirinə səbəb olan xətalardır. Bu xətaların təsiri aradan qalxdıqdan sonra insanın kamilləşməsi yenidən davam edəcək. Bir nümunə qeyd edim, on nəfər nəzərdə tutun və onlara çox böyük fayda verəcək iş də bıçaqla görüləcək bir iş olsun. Həmin on nəfərin əlinə bıçaq verin və deyin ki, bütün işiniz bu bıçaqla olacaq. Bıçağı verəndə biz bilirik ki, hətta bıçaqla necə davranmaq proqramını versək belə, təlimatçılar müəyyən edib kurslar keçsək belə, bu on nəfərdən ən azı yarısı əlini kəsəcək. Çünki istifadə etdikləri vasitənin xarakteri bunu tələb edir. İndi onları buna bizim bilgimizmi məcbur etdi? Təbii ki, xeyr! Görəcəkləri işin yalnız bıçaqdan asılı olduğunu nəzərə alsaq, biz nə etməliyik, onlara bıçaq verməməliyikmi? Əslində başqa işlərin hamısı üçün vəziyyət eynidir. Rənglə işləyənlərin çoxunun təbii ki, rəngə, yağla işləyənlərin əksəriyyətini də rəngə batması qaçılmazdır. Sadəcə, biz bunu öncədən gördüyümüz və bildiyimiz üçün deyirik. Hətta tutumlarına baxıb, hansının başına nə gələcəyi ilə bağlı dəqiq proqnoz da verə bilərik.

Bıçaqla işləryənlərin misalında qeyd etdiyimiz insanların qarşılaşacağı hadisə və onun nəticələri ilə bağlı ümumi bir təsnifat aparaq. Belə ki, onlardan ikisi sona qədər çox böyük ehtiyatla işini görür və heç bir qəza törətmir, nəticə də hasil edir. İkisi əlini yüngülcə kəsir, qısa müddət işdən kənarlaşdırılır, əllərinin ağrıdığını hiss edir, yaraları müalicə və bərpa edildikdən sonra yenidən işlərinə davam edirlər. İki nəfər daha böyük ehtiyasızlıq göstərib əllərini bir qədər dərindən kəsir, nəticədə, bunların ağrısı daha çox olur, müalicələri bir qədər uzun çəkir, bir qədər daha uzunmüddətli ağrılara tab gətirməli olurlar. Ancaq uzun müddətdən sonra sağalıb işlərinə davam edirlər. İkisi laqeydlik göstərdiyi, işi yaxşı mənimsəmədiyi, zəhmətlərə qatlaşıb işi öyrənmədiyi, nəticədə, daha diqqətli olmadığı üçün əllərini çox ağır kəsir. Çox qan itirirlər, ağrıları dözülməz dərəcədə ağır olur, uzun müddət ağrılara, iynə dərmanlara, acılara tab gətirmək məcburiyyətində qalmalı olurlar. Ancaq nə qədər uzun sürsə də, yenidən işə qayıtmaq ehtimalları var. Bir də qalan ikisi var ki, ümumiyyətlə işi öyrənmir, bıçaqdan daha fərqli məqsədlər üçün – əyləncə, bir birinə tullamaq, bir-birini kəsmək marağı üçün istifadə edirlər. Bunların biri digərinin barmaqlarını kökündən kəsir, o biri də digərinin gözünü çıxarıb kor edir. Bu iki nəfərin ağrıları təsəvvürə gəlməz dərəcədədir. Onlar da müalicə alırlar. Ancaq nə yazıq ki, itirdiklərini bərpa edə bilmirlər. Eyni zamanda həyatları bitmir, davam edir. Sadəcə, bu dəfə yaşamları digərləri kimi davam etmir. Hər zaman sağlamlardan geri qalırlar.

İnsanın bu dünya həyatı da belədir. Əslində Allah müxtəlif potensiallara malik varlıqlar yaradıb. Allah tamamilə cansz varlıq da yaradıb, daş, dəmir kimi, müəyyən qədər canı olan varlıqlar da yardıb ağac və bitki kimi, canı olub müəyyən ehtirasları və seçimi olan varlıq da yaradıb, heyvan kimi, heç zaman günah etməyən daha üstün şüura malik varlıq da yaradıb, mələk kimi, bizim maddi gözlə görə bilmədiyimiz halda mövcud olub insan kimi ehtiras və ağıla malik olan varlıq da yaradıb, cinlər kimi, bir də ağlı, şüuru, ehtirası, hissləri və seçim qabiliyyəti olan bir varlıq forması da yaradıb, insan kimi! İnsan bəzən daş olmağı arzu edir, bəzən ağac olmaq istəyir, bəzən cinlər kimi çox işlər bacaran varlıq olmaq istəyir, bəzən də mələk kimi günahsız olmağı arzu edir. Deməli, Allah insana digər varlıqlarda olan bütün bu xüsusiyyətləri verməklə yanaşı, onların hamısından üstün ola bilmək potensialı da verib. İnsan istəsə, həmin varlıqlardan üstün, istəməsə, daha aşağı olar. İndi biz Allahdan nə istəyirik, bizi necə yaradaydı, daş, ağac, cin ya mələk? Allah deyir, bunların heç birini istəmə, şah əsərim sənsən. Sənin seçim hüququn, daha ali idrakın var. Budur səni daha dəyərli edən! Buna görə Özümə tərif deyirəm, tərif deyirəm ki, sənin kimi bir varlıq yaratmışam. Tərif deyirəm ona görə ki, səni bütün canlı-cansız aləmin hamısına xas xüsusiyyətlərə malik bir varlıq kimi yaratmışam, onların hamısına xas xüsusiyyətləri səndə cəmləmişəm. Sənsə tərifə o zaman layiq olacaqsan ki, digərlərinə vermədiyim üstün şüur, dərketmə, ixtiyar, azad seçim, orta güc və qüdrət həddini sənin üçün nəzərdə tutduğum həyat proqramı və qanunlar əsasında tənzimləyib həyat qurasan.

Bəli, Allah bilirdi insan günah edəcək, çünki onu elə bir məkanda yaradıb ki, bu məkanın xüsusiyyətləri onu buna vadar edəcək. Misalda qeyd etdiyim bıçaq məsələsi kimi! Ancaq Allah insana dünya ilə necə davranmaq proqramı da təqdim edib, ondan necə istifadə etmək yolunu göstərən müəllimlər də göndərib. Bir qrup adam yaxşı şagirdlik edib heç bir xətaya yol vermədən məqsədə nail olur, bir qrup insan bəzi günahlara düşür, ancaq ruhuna zərbə vurur, lakin tez də bərpa edir. Bəziləri ruhlarını daha çox kəsib-doğrayırlar, onların müalicəyə ehtiyacları var. Əslində Cəhənnəm deyilən yer həm də bizi sağaldacaq yerdir. Sadəcə yaramızın dərindliyindən asılı olaraq ağrılarımız şiddətli olur. Məsələyə daha dərindən baxsaq, görərik ki, Cəhənnəmin özü də haradasa diqqət, lütf və mərhəmətin təzahürüdür. Müalicə yeridir. Adam var Cəhənnəmdə az qalacaq, adam var çox, adam var lap çox, adam da var, bir xeyli qalacaq. Ancaq bu onun üçün son deyil, müalicə bitəndən sonra həyatının davamı onu gözləyir. Bir də var, özlərini hər şeydən, hətta müalicədən də məhrum etmiş adamlar, bunlar üçün də axirət son deyil, onlar üçün də həyat davam edəcək, ancaq digərləri kimi olmayacaq. Onlar özlərinə qarşı o qədər böyük haqsızlıq ediblər ki, bərpası mümkün deyil, əbədi olaraq əzab çəkəcəklər...

Famil Burxanoğlu (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:08
06:28
12:33
18:51
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.