İbadətin rolu

İbadətin rolu

ALLAHA DOĞRU-2

İbadət həyatın bütün sahələrində Allahın razılığını düşünməkdir. İşlərə ilahi rəng verməyin insan həyatında mühüm təsirləri var. Bunlardan bəzilərinə nəzər salaq:

1. Faniləri əbədiləşdirmək

İnsan və onun bütün işləri fanidir. Lakin Allaha aid olan və Onun razılığı üçün görülən bütün işlər axirət azuqəsidir və əbədidir. Quranda buyurulur: Sizin yanınızda olan tükənər, Allah dərgahında olan isə əbədidir.”[1] İlahi rəngdən məhrum hər bir şey məhvə məhkumdur.”[2]

2. Maddiyyatın mənəviyyata çevrilməsi

Əgər insan öz işlərində Allahın razılığını qazanıb ona bəndəlik edərsə, hətta yemək, geymək, səfər, görüş, evdarlıq, təhsil kimi gündəlik işlər mənəviyyata çevrilər. Lakin bəzən dünyəvi məqsədlərlə görülən müqəddəs işlər öz dəyərini itirir. Birinci vurğuladığımız nəhayət faydalanma, ikinci isə, nəhayət ziyana uğramaqdır.

3. Fərdi ictimai quruculuq

Allaha ibadət dünyəvi meyillərə göz yummaqla, nəsil, geyim, dil və məkan fərqinə görə öyünməməklə, Onun sonsuz qüdrətinə qəlbən bağlanmaqla və nemət sahibinə təşəkkürlə yanaşıdır. Buna görə də ibadət ictimai və fərdi yaşayışın, düşüncənin formalaşmasında mühüm rol oynayır. İbadət düzgün ilahi yolla hərəkətdir: Mənə ibadət edin, bu, doğru yoldur!”[3]

İbadət yük yox, güc və hərəkət vasitəsidir: Səbir namazdan kömək alın.”[4]

İbadət insanı fərdi şəkildə nəfsin, günahların və şeytanın köləliyindən xilas edir. Eyni zamanda, Allaha pərəstiş edən cəmiyyət zülmkarlara və tağuta pərəstişdən azad olur. İqbal Lahuri deyir:

İnsana əyildi qəlbi kor insan,

Tapdığı gövhəri itirdi, aman!

İt itə əyilmirhəqiqətdi bu,

Əyilən itdən dəyərsiz oldu.

İbadət həm fərdləri, həm də cəmiyyəti fomalaşdırır. Allahdan qeyrisinə pərəstiş cəmiyyətdə fəsada səbəb olur.

Bəndəlik, itaət və ibadət yalnız aləmlərin yaradanı qarşısında layiqli və rəvadır. Başqa istənilən bir varlığa pərəstiş batildir. Peyğəmbərlərin hidayətindən uzaqlıq və cahillik batil ibadətlərə səbəb olur.

Allah-Taala Quranda batil ibadətlərin dəlilsiz, faydasız olduğunu bildirir və bu ibadətləri rədd edir:

Əgər kömək üçün Allahdan qeyrisinin sorağına gedirsinizsə, bilin ki, bütün qüvvət və qüdrət Allaha məxsusdur.[5]

Əgər izzət axtarırsınızsa, izzət Allahın əlindədir: Bütün izzət Allaha məxsusdur.”[6]

Əgər ruzi axtarırsınızsa, bilin ki, batil məbudlar ruzi verməyə qadir deyillər.[7]

Əgər başqa məbudlar vasitəsi ilə xeyir qazanıb ziyandan uzaqlaşmaq istəyirsinizsə, bilin ki, onlar xeyir verib zərəri uzaqlaşdırmağa qadir deyillər: De ki, Allahı qoyub sizə bir zərər, bir xeyir verən şeylərəmi ibadət edirsiniz?!”[8]

Əgər tağutları özünüzdən üstün hesab edirsinizsə, bilin ki, onlar da sizin kimidir. Sizin kimi bəndələrdir.”[9]

Əgər bütlərə pərəstişdə babalarınıza təqlid edirsinizsə, bilin ki, onlar azğınlardan olublar: Siz , atalarınız da açıq-aşkar azmısınız.”[10]

Əgər qiyamət günü fəryadınıza çatacaqlarını fikirləşirsinizsə, bilin ki, onlar ibadətlərinizə göz yumub sizinlə düşmən olacaqlar: Xeyir, tanrıları tezliklə onların ibadətini danacaq onlara düşmən olacaq.”[11]

Bu şəxslər heç bir səbəb və dəlil olmadan başqa məbudların sorağına getmişlər. Etdikləri ibadət üçün heç bir dəlilləri yoxdur: Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, Allah ona heç bir dəlil nazil etməmişdir.”[12] Allahdan savay, heç kim və heç nə pərəstişə layiq deyil. Çünki bu batil məbudlar ya xarici vücuda malik olmayan təxəyyüldür, ya xaraktersiz və acizdir, ya da fəal olmasına baxmayaraq, müvəqqəti, məhdud, minnətçi və alçaldıcıdır. İnsan heç bir mövcuda Allaha itaətsizlik bahasına pərəstiş etməməlidir. İmam Cavad (ə) buyurur: Hər kim başqa birinin sözünə qulaq assa, ona pərəstiş etmişdir!”[13]

Demək, haqq söz dedikdə, haqqın bəndəsi, batil söz dedikdə, batilin bəndəsi oluruq. İmam Sadiq (ə) bir hədisdə buyurur: Hər kəs hansısa bir mövcuda itaət edib Allahın əmrindən çıxarsa, həmin mövcuda pərəstiş etmişdir.”[14]

Demək, batil ibadət yalnız daş, taxta, günəş və ulduzlara pərəstişlə məhdudlaşmır. Hər bir qeyri-ilahi hökumətə, qüdrətə, sözə və fikrə bağlanmaq batil ibadətdir. Hətta qeyri-ilahi ideologiyaların qəbulu da batil ibadətlər kateqoriyasına daxildir. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.6-7.)

Maide.az

İlk yazıya BURADAN baxa bilərsiz



[1] “Nəhl” surəsi, ayə 96.

[2] “Qəsəs” surəsi, ayə 88.

[3] “Yasin” surəsi, ayə 61.

[4] “Bəqərə” surəsi, ayə 45 və 153.

[5] “Bəqərə” surəsi, ayə 165.

[6] “Fatir” surəsi, ayə 10.

[7] Bax: “Ənkəbut” surəsi, ayə 17.

[8] “Maidə” surəsi, ayə 76.

[9] “Əraf” surəsi, ayə 194.

[10] “Ənbiya” surəsi, ayə 54.

[11] “Məryəm” surəsi, ayə 82.

[12] “Həcc” surəsi, ayə 71.

[13] “Tuhəful-uqul”, səh.456.

[14] “Nurus-səqələyn”, 3-cü cild, səh.357.

 

Google+ WhatsApp ok.ru