Allaha görə sevənlər haradadırlar?

Allaha görə sevənlər haradadırlar?

İslam müsəlmanlar arasında barışıq, sülh-səfa, məhəbbət yaranması üçün son həddə səy göstərir və möminlər arasında qardaşlıq üçün təhlükə yaradan bütün amillərlə mübarizə aparır. Şübhəsiz ki, bu məhəbbət iman üzərində qurulmuşdur. Belə bir məhəbbətin əlaməti odur ki, insan daha imanlı şəxsləri daha çox sevir. Belə bir məhəbbət ən mühüm və böyük islami dəyərlərdəndir. Uyğun məhəbbət insan üçün dünya və axirətdə imtiyaz sayılır. Bu barədə çoxsaylı rəvayətlər var. İmam Səccaddan (ə) nəql olunan bir hədisdə belə buyurulur:

إِذَا جَمَعَ اللهُ عَزَّ وَجَلَّ الاْوَّلِينَ وَالاْخِرِينَ قَامَ مُنَاد فَنَادَى يُسْمِعُ النَّاسَ فَيَقُولُ: أَيْنَ الْمُتَحَابُّونَ فِي اللهِ؟ قَالَ: فَيَقُومُ عُنُقٌ مِنَ النَّاسِ فَيُقَالُ لَهُمُ اذْهَبُوا إِلَى الْجَنَّةِ بِغَيْرِ حِسَاب. قَالَ: فَتَلَقَّاهُمُ الْمَلاَئِكَةُ فَيَقُولُونَ: إِلَى أَيْنَ؟ فَيَقُولُونَ: إِلَى الْجَنَّةِ بِغَيْرِ حِسَاب. قَالَ فَيَقُولُونَ: فَأَيُّ ضَرْب أَنْتُمْ مِنَ النَّاسِ؟ فَيَقُولُونَ: نَحْنُ الْمُتَحَابُّونَ فِي اللهِ. قَالَ فَيَقُولُونَ: وَأَيَّ شَيْء كَانَتْ أَعْمَالُكُمْ؟ قَالُوا: كُنَّا نُحِبُّ فِي اللهِ وَنُبْغِضُ فِي اللهِ. قَالَ فَيَقُولُونَ: نِعْمَ أَجْرُ الْعَامِلِينَ

Qiyamət günü Allah hamını bir yerə topladığı zaman carçı insanlara səslənər. Carçı deyər: Bir-birini Allaha görə sevənlər haradadırlar? Bu vaxt insanlardan bir dəstəsi qalxar. Onlara deyilər ki, hesabsız Behiştə daxil olun. Mələklər onlarla rastlaşıb soruşarlar: Hara gedirsiniz? Onlar cavab verərlər: Hesab çəkilmədən Behiştə doğru gedirik. Mələklər soruşarlar: Siz xalqın hansı dəstəsindənsiniz? Onlar deyərlər: Biz Allaha görə sevərdik. Mələklər soruşarlar: Əməlləriniz nə idi? Deyərlər: Biz Allaha görə sevər və Allaha görə düşmənçilik edərdik. Mələklər deyərlər: Əməl əhlinin mükafatı necə də gözəldir!” (“Biharul-ənvar”, c.9, səh.245, hədis 19, bölüm 36.)

Allah xatirinə sevginin belə bir təsiri var!

فَيُقَالُ لَهُمُ اذْهَبُوا إِلَى الْجَنَّةِ بِغَيْرِ حِسَاب

Onlara deyilər ki, hesabsız Behiştə daxil olun.

Bəli, İslamın bir bu qədər əhəmiyyət verdiyi rabitələr haqqında ömrün son anlarında danışmağa dəyər! Bu məsələ sadə məsələ deyil, təəssüf ki, bizlər onun əhəmiyyətini anlamırıq. Bizim fikrimizcə isə, əsas məsələ namaz qılıb oruc tutmaqdır. Məsələn, tez-tez deyilir ki, namazınızı ilkin vaxtında qılmağa çalışın. Əlbəttə ki, namaz dinin sütunudur və olduqca əhəmiyyətlidir. İslamın namaza çağırışları var. Amma belə bir çağırışla yanaşı, digər bir mühüm məsələləri də unutmaq olmaz. Namazdan əlavə, zülmlə mübarizə, işlərdə nizam, düzgün rəhbərlik, tərəflər arasında rabitələrin islahı məsələləri də var. Bu məsələlər İslamda olduqca mühümdür. Mömin insan namazına diqqətli olduğu kimi, möminlər arasında münasibətlərə də diqqətli olmalı, bu sahədə vəzifələrini yerinə yetirməlidir. İki mömin arasında kin-küdurətə biganə qalmaq haqqımız yoxdur. Düşünə bilmərik ki, vaxt ötdükcə özləri barışarlar. Allah belə bir münasibəti qəbul etmir. Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) nəql olunan rəvayətlərə əsasən, iki mömin arasında münasibətlər soyuyan vaxt yalan vasitəsi ilə olsa belə, bu soyuqluğu aradan qaldırmağa vəzifəliyik. İki müsəlman arasında kin-küdurət olan zaman şeytan üçün yol açılır. Belə bir hal Allahı razı salmır. Demək, möminlər arasında soyuqluğu aradan qaldırmaqla şeytanın nüfuz yolunu bağlamalıyıq. Ümid edirik ki, Peyğəmbər və ali-Peyğəmbərin məqamına xatir Allah-Taala möminləri bir-birinə qarşı mehriban buyura! (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.150-152.)

Maide.az

Google+ WhatsApp ok.ru