Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). ("Bəqərə" surəsi 31)

İmam Həsən (ə) buyurur:
“Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”



ALLAHIN QÜDRƏTİ, MƏXLUQATIN ƏZƏMƏTİ HAQQINDA DÜŞÜNMƏK

-- Qarışqaya bir baxın! Baxın görün...

Tarix : 04-03-2018 09:33

Şübhəsiz ki, insanın Allahın yaratdıqlarının əzəməti haqqında düşünməsi, onun diqqətini Allahın sonsuz və nöqsansız hikmətinə yönəldir və öz gücsüzlüyünü, Allaha möhtac olmasını daha yaxşı dərk etməyə kömək edir. Belə olan surətdə kamala çatmaq yolunda əvvəldə olduğundan daha artıq səy edir və nəfsin istəklərinə uyub şeytana itaət etməkdən əl çəkir. Allahın əzəmətini, sonsuz qüdrətini tanımaqdan əlavə, Onun qarşısında müxalifət etməkdən qorxub çəkinir. Məxluqatın yaradılış əzəmətini tanıması və insanın diqqətinin Allahın əzəmətinə yönəlməsi məsələsinə Quran və rəvayətlərdə də rast gəlinir. Quran ayələri və dini mətnlərə nəzər salsaq görəcəyik ki, Allah və övliyalar bu məsələ ətrafında düşünməyə ciddi təkid etmişlər. Öz nurani bəyanları ilə yaradılmışların tutumlarını, bağlılıqlarını, möhkəm qanuna söykəndiklərini, müxtəlifliklərini açıqlamışlar. Bununla, insanları öz ətraflarına nəzər salmağa, kiçik varlıqlardan tutmuş böyük varlıqlara qədər, bütün yaradılmışlar və yaradılış haqqında düşünməyə vadar etmişlər.

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 227-ci xütbəsində Allahın sonsuz qüdrəti və saysız nemətləri haqqında təfəkkür etməyi insanı doğru yola və Allah qorxusuna aparıb çıxaran vasitə bilir:

وَ لَوْ فَكَّرُوا فى عَظيمِ الْقُدْرَةِ وَ جَسِيمِ النِّعْمَةِ لَرَجَعُوا إِلَى الطَّرِيقِ وَ خَافُوا عَذَابَ الْحَرِيقِ . وَلكِنَّ الْقُلُوبَ عَلِيلَةٌ وَالْبَصائِرَ مَدْخُولَةٌ. أَلاَّيَنْظُرُونَ إِلَى صَغِيرِ مَا خَلَقَ كَيْفَ أَحْكَمَ خَلْقَهُ وَأَتْقَنَ تَرْكِيبَهُ وَفَلَقَ لَهُ السَّمْعَ وَالْبَصَرَ وَ سَوَّى لَهُ الْعَظْمَ وَ الْبَشَرَ

Əgər camaat Allahın böyüklüyü saysız nemətləri haqqında düşünsəydilər, doğru yola qayıdar əzabın yandırıcı odundan qorxardılar. Lakin ürəklər xəstə, baxışlar eyiblidir. Məgər ən kiçik yaradılmışa baxıb görmürlər ki, Yaradan onu necə əsaslı möhkəm yaratmışdır?! Necə qulaq göz verib, necə sümüklə bərkitmiş necə dəri ilə geyindirmişdir?!”

Davamında buyurur:

انْظُرُوا إِلَى الَّنمْلَةِ فِی صِغَرِ جُثَّتِهَا، وَلَطَافَةِ هَیْئَتِهَا، لاَ تَکَادُ تُنَالُ بِلَحْظِ الْبَصَرِ، وَلاَ بِمُسْتَدْرَکِ الْفِکَرِ، کَیْفَ دَبَّتْ عَلَى أَرْضِهَا، وَصَبَتْ عَلَى رِزْقِهَا، تَنْقُلُ الْحَبَّةَ إِلَى جُحْرِهَا، وَتُعِدُّهَا فِی مُسْتَقَرِّهَا. تَجْمَعُ فِی حَرِّهَا لِبَرْدِهَا، وَفِی وُرُودِهَا لِصَدَرِهَا مَکْفُولٌ بِرِزْقِهَا، مَرْزُوقَةٌ بِوِفْقِهَا لاَ یُغْفِلُهَا الْمَنَّانُ، وَلاَ یَحْرِمُهَا الدَّیَّانُ، وَلَوْ فِی الصَّفَاالْیَابِسِ، وَالْحَجَرِ الْجَامِسِ

Qarışqaya bir baxın! Baxın görün, cüssəsi necə kiçik nazikdir, gözünü qıysan belə görmürsən, necə yaradıldığı haqqında düşünsən, (sirrini) bilməzsən. Öz yolunu necə tapıb gedir, ruzisini tapmaqda necə tələsir. Dən tapsa, aparıb yuvasında anbara yerləşdirir. Qışın ruzisini yayda toplayır yuvasına daxil olduqda, gedib-gəldiyi yolu yadında saxlayır. Allah onun ruzisinə zamindir halına uyğun olaraq onun ruzi yolunu açıb. Nemət bəxşişi çox olan Allah ondan qafil deyil. Əvəz verən Allah onu məhrum paysız qoymaz, hətta (bir şey bitməyən) quru daşın ya (bir yerdən digər yerə aparılmayan) sərt daşın içində olsa belə!

وَلَوْ فَکَّرْتَ فِی مَجَارِی أُکْلِهَا، وَفِی عُلْوهَا وَسُفْلِهَا، وَمَا فِی الجَوْفِ مِنْ شَرَاسِیفِبط بَطْنِهَا، وَمَا فِی الرَّأسِ مِنْ عَیْنِهَا وَأُذُنِهَا، لَقَضَیْتَ مِنْ خَلْقِهَا عَجَباً، وَلَقِیتَ مِنْ وَصْفِهَا تَعَباً! فَتَعَالَى الَّذِی أَقَامَهَا عَلَى قَوَائِمِهَا، وَبَنَاهَا عَلَى دَعَائِمِهَا! لَمْ یَشْرَکْهُ فِی فِطْرَتِهَا فَاطِرٌ، وَلَمْ یُعِنْهُ عَلَى خَلْقِهَا قَادِرٌ.

“Əgər qarışqanın qida boruları, yuxarı və aşağısı, qarnında olan qabırğaları və başında olan göz və qulağı barəsində fikirləşsən, onun yaradılışından (Allahın onun yaradılışındakı hikmət və tədbirindən) heyrətə gələrək onu vəsf etməkdə çətinliyə düşərsən. Buna görə də qarışqanı, yaradılışında heç bir yaradan şərik olmadan (yaradan) və heç bir qüdrətli kömək etmədən əl və ayaqları üzərində saxlayan, dirək və bədən üzvləri üzərində quran Allah (fikir və düşüncəyə yerləşməkdən) çox-çox uca və üstündür.”

وَلَوْ ضَرَبْتَ فِی مَذَاهِبِ فِکْرِکَ لِتَبْلُغَ غَایَاتِهِ، مَا دَلَّتْکَ الدَّلاَلَةُ إِلاَّ عَلَى أَنَّ فَاطِرَ الَّنمْلَةِ هُوَ فَاطِرُ النَّخْلَةِ لِدَقِیقِ تَفْصِیلِ کُلِّ شَیْءٍ، وَغَامِضِ اخْتِلاَفِ کُلِّ حَیٍّ، وَمَا الْجَلِیلُ وَاللَّطِیفُ، وَالثَّقِیلُ والخَفِیفُ، وَالْقَوِیُّ وَالضَّعِیفُ، فِی خَلْقِهِ إِلاَّ سَوَاءٌ.

“Əgər öz düşüncə yollarını qət edərək onun sonuna çatsan (bütün fikir və düşüncələrini işə salsan), dəlil və sübut hər bir şeyin (digərindən) fərqlənməsində işlədilmiş dəqiqliyə və canlıların növbənöv olmalarının əhəmiyyətinə görə səni ancaq və ancaq bu nəticəyə gətirib çıxaracaq ki, qarışqanın yaradanı elə həmin xurma ağacının yaradanıdır. Onun yaratdıqları arasında böyük-kiçik, ağır-yüngül, güclü-zəif yoxdur və onların hamısı (Onun kamil qüdrəti müqabilində) bərabərdirlər.” (“Nəhcül-bəlağə”, xütbə 227, səh.736.)

İmam Sadiq (ə) buyurur ki, bir gün ətirsatan Zeynəb, Peyğəmbəri-Əkrəmin (s) evinə gəlib o həzrətdən (s) Allahın əzəməti barəsində sual edir. Peyğəmbər (s) cavabında bu aləmin digər aləmlərlə müqayisəsini söyləyir və həmçinin birinin digərinə nisbətdə kiçikliyini bəyan edir. O cümlədən buyurur: Üstündə olduğumuz yer altında üstündə olanlarla birlikdə onu əhatə etmiş göyün müqabilində geniş səhralıqa düşmüş üzük halqası kimidir. Eləcə , bizim olduğumuz qalaktika ikinci göyə nisbətdə səhralıqda görünən üzük kimidir. (“Biharül-ənvar”, c.60, səh.83-85.)

Bu nisbət, hər aləmin özündən yuxarı aləmlə müqayisəsində mövcuddur və beləliklə, gedib çıxır yeddinci aləmə ki, o da öz növbəsində ərş və kürsü ilə müqayisədə olduqca kiçik hesab olunur.

Bu gün kosmik təhqiqatlar əsasında ulduzlar və qalaktikalar barədə əldə edilən məlumatlar insana yaradılış aləminin daha yaxşı dərkinə kömək edir. Təbiidir ki, insan yaradılışın əzəməti haqqında bir qədər düşünsə, öz kiçikliyini daha yaxşı dərk edəcəkdir. Belə olan halda, Allaha doğru bir-iki addım daha artıq atacaqdır. Çünki Allaha yaxınlaşmağın yolu Onun qarşısında öz kiçikliyini hiss etməkdədir.

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:26
05:55
12:44
19:48
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

19-08-2018 14:59